Həkimlər burnunda popkorn qalan uşağı öldürdülər
Braziliyanın Qoyas ştatında yerləşən Qoyatuba xəstəxanasının iki həkimi 2 yaşlı oğlan uşağının ölümünə görə ehtiyatsızlıqdan adam öldürmə və səhlənkarlıqda ittiham olunur. Həkimlər, uşağın burnunda ilişib qalan popkorn dənəsini çıxarmaq üçün sıxılmış hava şlanqından istifadə etməyə cəhd göstəriblər ki, bu da onun ağciyərinin və mədəsinin cırılmasına səbəb olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, valideynlər yad cisimi özləri çıxara bilmədiyi üçün xəstəxanaya müraciət ediblər. Həkimlər əvvəlcə pinsetlə uğursuz cəhd ediblər, sonra isə hava şlanqından istifadə etmək qərarına gəliblər. İki "üfürmə" cəhdindən sonra ata uşağın qarınının qeyri-təbii şəkildə şişdiyini görüb. Sonradan məhkəmə-tibbi ekspertiza təsdiqləyib ki, hava təzyiqi uşağın ağciyərini və mədəsini parçalayıb.
Təhlükəli simptomlara baxmayaraq, həkimlər uşağa qaz əmələ gəlməsinə qarşı dərman verərək evə göndəriblər. Bir müddət sonra körpənin vəziyyəti kəskin pisləşib və xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis təsdiqləyib ki, bu metodun uşaqlara qarşı istifadəsi qəti qadağandır.
Valideynlər vəkil tutub və günahkarların cəzalandırılması üçün mübarizə aparmaq niyyətindədirlər. Araşdırma davam edir, bu faciə isə ölkədə tibbi xidmətin keyfiyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib və geniş ictimai rezonans doğurub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 762 Tarix: 17 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabr