Ukrayna XİN: Rusiya müharibəni bitirmək istəyinin heç bir əlamətini nümayiş etdirə bilməyib
Ukrayna xarici işlər naziri Andrey Sıbiha ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, ukraynalı nazir bu barədə "X"dəki hesabında yazıb.
"Mən nazir Fidana son danışıqların mahiyyəti və gələcək addımlarımız barədə məlumat verdim. Prezidentlər Volodimir Zelenski və Donald Tramp arasında bazar ertəsi keçiriləcək görüş çox əhəmiyyətli olacaq. Biz Ukrayna-ABŞ-Rusiya görüşünün ən qısa zamanda ən yüksək səviyyədə təşkili səylərini dəstəkləyirik. İndiyədək Rusiya müharibəni bitirmək istəyinin heç bir real əlamətini nümayiş etdirə bilməyib. Rusiyalıların hücumları və zərbələri davam edir", - o bildirib.
Nazir qeyd edib ki, Ukrayna Türkiyənin onun suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi, eləcə də sülh səylərindəki mühüm rolunu yüksək qiymətləndirir: "Müharibə zamanı Türkiyə sülhün əldə edilməsinə yönəlmiş görüşlər üçün mühüm platforma olub".
Qeyd edək ki, bundan əvvəl H.Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 673 Tarix: 17 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabr