Dominikan "Erin" qasırğası təhlükəsi barədə xəbərdarlıq edib
Dominikan Respublikasının Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi "Erin" qasırğası səbəbindən ada ölkəsinin Atlantik okeanı sahillərində yerləşən bir sıra əyalətlər üçün təhlükəni sarı səviyyəyə qaldırıb.
"Report" xəbər verir ki, bu barədə "Diario Libre" qəzeti məlumat yayıb.
Məlumata görə, bu tədbir səkkiz əyalətə aiddir, paytaxt və paytaxt rayonu isə yaşıl təhlükə səviyyəsində qalır. Mərkəz suyun səviyyəsinin qalxması riski ilə əlaqədar vətəndaşlara çaylara və su anbarlarına yaxın olmamağı tövsiyə edib. Qasırğanın, mütəxəssislərin proqnozlaşdırdığı kimi, Dominikan Respublikası ərazisindən təxminən 300 km aralıda keçəcəyinə baxmayaraq, mərkəz güclü yağış, külək və tufan ehtimalı barədə xəbərdarlıq edib.
Mərkəz həmçinin yaxın saatlarda çimərliklərdə olmağı qadağan edib və böyük dalğalar riski səbəbindən sahilyanı ərazilərdən uzaqlaşmağı tövsiyə edib. Atlantik sahilləri yaxınlığında yerləşən gəmilərə limanda qalmaları tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 606 Tarix: 17 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp İrana görə istirahətdən imtina etdi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı ehtimal olunan yeni zərbə dalğasına hazırlıq məqsədilə Nyu-Cersiyə olan həftəsonu tətilini yarımçıq qoyub. xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatında qeyd olunur ki, dövlət başçısı istirahə
23 mayVenesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb
Cari ilin fevralında amnistiya qanununun qüvvəyə minməsindən bəri Venesuelada 390-dan çox məhbus azadlığa buraxılıb. "Report"un məlumatına görə, Bolivar Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirind
23 mayPutin və Tramp Çində görüşə bilərlər
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammiti çərçivəsində görüşə bilərlər. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. "Düşünürə
20 mayÇində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı
Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib. Qaynarinfo-nun məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib. Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsin
23 may