Süni intellektə sahib olan ilk beyin necə işləyir?

Süni intellektə sahib olan ilk beyin necə işləyir?Stenford Universitetinin elmi əməkdaşları, neyron siqnalları - yəni insan düşüncələrini - dekodlaşdırmağa imkan verən qabaqcıl beyin implantı hazırlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, yaxın gələcəkdə nitq pozuntusu olan insanların problemlərini aradan qaldıra bilər. Təcrübə iştirakçılarının razılığı ilə beyinlərinin müəyyən hissələrinə xüsusi elektron matrislər yerləşdirilib. Bu matrislər beynin fəaliyyətini real vaxt rejimində qeydə alıb. Daha sonra əldə olunan məlumatlar əvvəlcədən təlim keçmiş xüsusi süni intellekt modellərinə ötürülüb. Bu modellər neyron siqnalları ilə işləməyi bacarır və onları uğurla dekodlaşdırırdı. Proses həmin strukturların şifrəsini açmaq və onları bizə tanış nitq vahidlərinə çevirməkdən ibarət olub, sonda isə bu vahidlər cümlələrə çevrilib.

Universitetin mütəxəssisləri həmçinin bu nailiyyətdə süni intellektin rolunu və niyə məhz onun vacib olduğunu izah ediblər. İzahatlara görə, xüsusi təlim keçmiş neyron şəbəkə modeli məhz beyin siqnallarını düzgün şəkildə "hərflərə", sonra "sözlərə" və nəhayət, "cümlələrə" çevirərək şifrənin açılması dəqiqliyini artırmağı bacarıb. Əlbəttə, alimlərin uğuru tamamilə təsadüfi deyil: çünki Stenford mütəxəssisləri 2017-ci ildən etibarən normal işləyən neyrointerfeys modelinin yaradılması üzərində çalışıblar. 8 il əvvəl insan beyninə qoşulmuş implantlardan istifadə ilə ilk təcrübə aparılıb. Məhz bu cür tədqiqatlar sayəsində iflic olmuş bir kişi ekranda bir sıra sözləri "çıxara" bilib. Bunun üçün onun motor korteksinə hər birində 100 ayrı elektrod olan 2 implant yerləşdirilib.

Birlikdə bu iki modul eyni anda 200 neyronun işlənməsini təmin edib. Təcrübənin müsbət nəticə verməsi üçün kişidən, sanki hər bir hərfi əlilə hansısa səthin üzərinə yazırmış kimi, beynində hərəkəti təsəvvür etməsi tələb olunub. Nəticədə nəzərdə tutulan bütün proses uğurla həyata keçirilib və alimlər ekranda həmin şəxsin düşündüyü mətni görüblər. İlk nəticə əldə edildikdən sonra alimlər işi daha da irəlilədərək ötən il beyin implantının təkmilləşdirilmiş versiyasını hazırladılar. Bu versiya düşüncələri oxuna bilən sözlərə çevirməyə və dekodlaşdırma dəqiqliyini 90%-ə çatdırmağa imkan verdi. Nəticədə ötürülən sözlərin sayı dəqiqədə 62 dil vahidinə qədər yüksəldi ki, bu da adi insan danışıq sürətinə bərabərdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 553   Tarix: 18 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr