Cinayətlər süni intellekt vasitəsilə açılacaq
Süni intellekt texnologiyaları artıq bir sıra sahələrdə istifadə olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini sadələşdirir və imkanları genişləndirir, həmçinin onların tətbiq sahəsi davamlı olaraq artır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə, Böyük Britaniya hakimiyyəti bir layihə üzərində işləyir. Məlumata görə, bu layihə çərçivəsində cinayətlərin baş verə biləcəyi yerləri öncədən proqnozlaşdıran süni intellekt əsaslı sistemin yaradılması planlaşdırılır. "Safe Streets" (Təhlükəsiz küçələr) adlı hökumət proqramı çərçivəsində hazırlanmaqda olan yeni texnologiyanın hüquq-mühafizə orqanlarına süni intellektin proqnozlarına əsasən cinayətlərin başvermə ehtimalının yüksək olduğu yerlərdə qabaqlayıcı tədbirlər görməyə imkan verəcəyi gözlənilir.
Sistemə daxil edilmiş hüquq pozucularının davranış xüsusiyyətləri, həmçinin polis, sosial xidmətlər və digər qurumlardan əldə edilən məlumatlar təhlil ediləcək və onların əsasında proqnozlar veriləcək. İlk mərhələdə real vaxt rejimində mümkün cinayətlərin baş verə biləcəyi yerləri proqnozlaşdırmaq üçün əsas olacaq cinayətkarlıq xəritəsinin hazırlanması nəzərdə tutulur. Layihənin 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılır. Böyük Britaniya hökuməti ümid edir ki, bu texnologiyanın tətbiqi hüquq-mühafizə orqanlarının daha səmərəli işləməsinə imkan verəcək və cinayətkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə azalacaq. Bununla belə, bəzi mütəxəssislər qeyd edirlər ki, bu texnologiyadan istifadə zamanı maksimum ehtiyatlı olmaq və müəyyən şəxslərə və ya icmalara qarşı sui-istifadə hallarına yol verməmək vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 928 Tarix: 18 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabr