"ChatGPT"dən psixoloji məsləhət alan şəxs canına qıydı
Süni intellektdən psixoloji məsləhət alan şəxs ölüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ sakini Sofi Reyli (29) "Harri" adlı süni intellekt terapevti ilə danışmağa başlayıb.
Onun "ruhi və hormonal simptomlarla əlaqəli qısa və sirli xəstəlik"dən dolayı canına qıydığı bildirilir.
Ölümündən sonra anası Laura Reyli qızının kompüterində "ChatGPT" əsaslı süni intellekt psixoterapevti ilə yazışdığını görüb.
Söhbət əsnansında "ChatGPT"nin qıza "Bu ağrı ilə təkbaşına üzləşmək məcburiyyətində deyilsən. Çox dəyərlisən və həyatın indi gizli görünsə də, böyük məna daşıyır" kimi sözlər yazdığı məlum olub.
Süni intellekt Sofini birbaşa özünə zərər verməyə təşviq etməsə də, onu real yardım kanallarından uzaqlaşdırıb.
Anası düşünür ki, əgər Harri robot deyil, əsl psixoloq olsaydı, bəlkə də Sofini xəstəxanaya getməyə razı sala bilərdi.
"Süni intellekt psixoloqlarının Hippokrat andı kimi qaydaları yoxdur. Təcrübəli bir psixoterapevt Sofinin mənfi fikirlərini sorğulayar və daha dərinə enərdi. Harri isə bunu etmədi", - deyə ana əlavə edib.
Bəzi texnoloji şirkətlər "süni intellekt terapevtləri"ni yeni bazar fürsəti kimi görürlər. Bununla belə, ekspertlər vurğulayırlar ki, çətbotların sağlam düşüncə əskikliyi və böhran vəziyyətlərini gərginləşdirmək qabiliyyəti real risk yaradır.
Qeyd edək ki, süni intellekt botları bundan əvvəl də insan sağlamlığını təhlükəyə atan məsləhətlər verib.
Belə ki, duzdan imtina etmək istəyən 60 yaşlı kanadalı kişi "ChatGPT"nin məsləhəti ilə təhlükəli maddə olan natrium bromidindən (böcək dərmanlarında istifadə edilən kimyəvi maddə) istifadə etdiyi üçün xəstəxanaya yerləşdirilib.
Mütəxəssislər qeyd edir ki, bu süni intellektin sağlamlıq məsləhətlərinə kor-koranə etibar etməklə bağlı vacib xəbərdarlıq hesab edilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 465 Tarix: 23 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Napoleonun baş geyimi hərraca çıxarılır
Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun
16 sentyabr 2021Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var
Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni
17 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 202111 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb
Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə
17 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021