"Ölüm siyahısı"ndakı üç əfqan İrana köçürüləcək
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə "Taliban" arasında əldə olunan məxfi razılaşma çərçivəsində, Britaniya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və "Ölüm siyahısı"nda adları qeyd olunan üç əfqan vətəndaş İran hakimiyyətinə təhvil veriləcək.
"Azad İran" bu barədə "The Telegraph"a istinadla xəbər verir.
Bildirilir ki, həmin şəxslər hazırda Kabildə saxlanılır.
Bundan əvvəl xəbər verilmişdi ki, SEPAH-ın dörd yüksək rütbəli zabiti Əfqanıstana səfər edərək, "Taliban" rəhbərliyi ilə kəşfiyyat sahəsində əməkdaşlıq sazişi barədə gizli danışıqlar aparıb. Bu danışıqların əsas məqsədlərindən biri də "ölüm siyahısı"nda olan şəxslərin İrana təhvil verilməsi olub. Bunun müqabilində SEPAH rəsmiləri İranın "Taliban"ı Əfqanıstanın rəsmi hakimiyyəti kimi tanımasını sürətləndirməyi vəd ediblər.
Qeyd edək ki, "ölüm siyahısı" adlanan məxfi sənəddə əvvəllər Britaniya silahlı qüvvələri və kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmiş əfqanların adları və şəxsi məlumatları yer alır. Bu siyahı ilk dəfə 2022-ci ildə Britaniya ordusunda baş vermiş məlumat sızıntısı nəticəsində "Taliban"ın əlinə keçib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 513 Tarix: 23 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Madyar gələn həftə Brüsselə səfər edəcək
Macarıstanın Baş naziri Peter Madyar gələn həftə Brüsselə (Belçika) səfər edəcək. "Report" xəbər verir ki, bunu ölkənin XİN başçısı Anita Orban "Politico"ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Madyar Brüsseldə Avropa Komissiyası ilə dondurulmuş vəsaitlərin blokdan çıxarılmas
23 mayABŞ-də zəhərli kimyəvi maddəyə görə onminlərlə insan təxliyə edildi
ABŞ-nin Kaliforniya ştatında yerləşən aerokosmik şirkətlərdən birində zəhərli kimyəvi maddələrin sızması nəticəsində ətraf şəhərlərdən 44 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. xəbər verir ki, hadisə ilə bağlı mənbələrinə istinadən "CBS News" telekanalı məlumat yayıb. Məlumata əsasən, Qarden-Qrouvdak
23 mayÇində heyvanların səsini tərcümə edən qurğu hazırlanıb
Çin "Meng Xiaoyi" startapı heyvanlar üçün səs tərcüməçisi yaratdığını elan edib. Qurğu ev heyvanının boynuna taxılır və səsləri, emosiyaları və dili tanıyır. xəbər verir ki, bu barədə "Oddity Central" məlumat verib. Süni intellektlə işləyən cihaz heyvan dilini təxminən 95% dəqiqlikl
23 mayBakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Rusiya istintaq orqanları terrorçuluğa bəraət qazandırmaqda və xarici agent fəaliyyəti qaydasını iki dəfə pozmaqda ittiham olunaraq qiyabi həbs edilən tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. xəbər verir ki, bu barədə TASS onunla bağlı cinayət işinin materiallarına istinadən məluma
23 mayPutinin Çinə səfəri başa çatdı
Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib. Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Va
20 may