"Andromeda" yelkənli gəmisi və dörd dalğıc: "Şimal axını"nın partladılması ilə bağlı TƏFƏRRÜAT
"Şimal axını"nın hər iki qaz kəməri ən azı dörd partlayıcı qurğu ilə sıradan çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə SVT əldə etdiyi sənədlərə əsasən xəbər yayıb.
Alman istintaqçılarının versiyasına görə, bu qurğular taymerlərlə təchiz edilərək "Andromeda" adlı yelkənli gəmi vasitəsilə Baltik dənizinə çatdırılıb.
Xatırladaq ki, bu yaxınlarda İtaliya kurortunda partlayışlarda şübhəli bilinən 49 yaşlı kişi saxlanılıb. Alman tərəfinin məlumatına görə, o, Ukrayna vətəndaşıdır, Ukrayna və rus dillərini bilir.
Sənədlərə əsasən, "Andromeda" gəmisinin göyərtəsində altı nəfərdən ibarət komanda olub ki, onlardan dördü dalğıc imiş. Gecə vaxtı onlar 70-80 metr dərinlikdə hər biri 14-27 kq ağırlığında olan azı dörd partlayıcı qurğu yerləşdiriblər. Partlayış üçün oktogen və heksogen kimi güclü partlayıcı maddələrdən istifadə edilib.
Bu yaxınlarda İtaliya kurortunda partlayışlarda şübhəli bilinərək saxlanılan şəxs isə əməliyyatda koordinasiya və planlaşdırma rolu oynayıb. Yelkənli gəmi 2022-ci ilin sentyabr ayının əvvəlində Almaniyanın Rügen adasından icarəyə götürülüb və yalnız bir neçə həftə sonra geri qaytarılıb. Şahidlər, həmçinin bildiriblər ki, gəmi yanacaq doldurmaq üçün İsveçin Sandhamn limanına da daxil olub.
İlkin olaraq partlayışları bir neçə ölkə, o cümlədən sualtı robotlardan istifadə edərək dəlil toplayan İsveç araşdırıb. Lakin 2024-cü ilin fevralında İsveç prokurorluğu öz istintaqını dayandıraraq materialları Almaniyaya təhvil verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 653 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabr