ABŞ rəsmiləri enerji şirkətlərinə 20 ton plutonium vermək istəyir

ABŞ rəsmiləri enerji şirkətlərinə 20 ton plutonium vermək istəyirVaşinqton administrasiyası Amerika enerji şirkətlərinə nüvə stansiyalarında yanacaq kimi mümkün istifadə üçün əvvəllər utilizasiya olunmuş nüvə başlıqlarından təxminən 20 ton plutonium vermək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.

ABŞ-ın Energetika Nazirliyi yaxın vaxtlarda plutoniumdan istifadə ilə bağlı şirkətlərin təkliflərini qəbul etməyə başlayacaq.

ABŞ administrasiyası onu aşağı qiymətə və ya pulsuz təqdim etməyə hazır olacaq, lakin şirkətlər bu yükün daşınması və saxlanması, eləcə də mümkün sonrakı emal üçün bütün xərcləri öz üzərinə götürməli olacaqlar.

Agentlik qeyd edir ki, yuxarıda adı çəkilən 20 ton ABŞ hakimiyyətinin Rusiya tərəfi ilə razılaşmalara uyğun olaraq əvvəllər məhv etməyi öhdəsinə götürdüyü 34 ton silah dərəcəli plutonium ehtiyatından götürüləcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 502   Tarix: 24 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb

İranın bu marşrut üzərində nəzarəti sərtləşdirməsi səbəbindən bazar günü Oman sahilləri boyunca Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir. Daha əvvəl agentlik qeyd etmişdi ki, cümə günündən şənbə günün

5 iyul
.

Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb

Mali Silahlı Qüvvələri ölkənin bir sıra şəhərlərində terrorçuların səhər saatlarında həyata keçirdiyi silsilə hücumlardan sonra vəziyyəti nəzarətə götürüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hərbi idarədən bildirilib. "Əsgərlər bütün hücumları qətiyyətl

5 iyul
.

Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl

8 iyul
.

Yer Günəşdən maksimum uzaqlaşacaq

İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,

6 iyul
.

Tramp Avropanın miqrasiya siyasətini tənqid edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə

5 iyul
.

Yəmən sahillərində gəmi hücuma məruz qalıb

Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni

5 iyul
.

Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib

Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu

5 iyul
.

Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"

İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl

5 iyul
.

Merts onu tənqid edənləri "deyingən" adlandırdı

Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəklədiyini bəyan edib və tənqidçilərin kənara çəkilməli olduğunu bildirib. TASS-a istinadən xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib. "Kultura

5 iyul