İtaliya səfiri Makron barədə sözlərə görə Fransa XİN-ə çağırıldı
İtaliyanın Fransadakı səfiri Emanuela Alessandro respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az bu barədə "Franceinfo" radiostansiyasına istinadla xəbər verir.
Bildirilib ki, səfir İtaliyanın nəqliyyat və infrastruktur naziri Matteo Salvininin Fransa prezidenti Emmanuel Makron barədə dediyi sözlər səbəbindən XİN-ə çağırılıb.
Belə ki, Salvini Makron və Britaniyanın Baş naziri Kir Starmerin təşəbbüsü ilə yaradılmış "İstəklilər koalisiyası" çərçivəsində İtaliyanın öz hərbçilərini Ukraynaya göndərməyə hazır olub-olmaması haqqında danışarkən bu imkanı qəti surətdə rədd edib:
"Əgər Makron bunu istəyirsə, qoy özü ora getsin. Dəbilqəni geyin, tüfəngi götür və özün Ukraynaya get".
Fransa XİN bu bəyanatları qəbuledilməz sayıb və səfirlə söhbətdə bildirilib ki, sözügedən bəyanatlar Paris və Roma arasında etimadlı və tarixi münasibətlər mühitinə uyğun gəlmir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 445 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Rusiya istintaq orqanları terrorçuluğa bəraət qazandırmaqda və xarici agent fəaliyyəti qaydasını iki dəfə pozmaqda ittiham olunaraq qiyabi həbs edilən tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. xəbər verir ki, bu barədə TASS onunla bağlı cinayət işinin materiallarına istinadən məluma
23 mayQurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Qurban bayramına sayılı günlər qalmış bəzi ölkələrdə dini qaydalara uyğun qurban kəsiminə tətbiq edilən məhdudiyyətlər yenidən gündəmə gəlib. -a istinadən xəbər verir ki, heyvan rifahı qanunları, ictimai asayiş və iqtisadi səbəblərlə müxtəlif tətbiqlərin həyata keçirildiyi bəzi ölkələrdə qurban kəsim
23 mayAya gedən "gizli yol" tapıldı
Beynəlxalq alimlər qrupu Yerlə Ay arasında kosmik missiyaların enerji sərfini azalda biləcək yeni orbital trayektoriya müəyyən etdiklərini bildiriblər. "Qafqazinfo" xəbər verir ki, astrodinamika sahəsində aparılan araşdırmaya görə, yeni model kompüter simulyasiyaları vasitəsilə 30 milyon fərql
22 mayÇində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı
Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib. Qaynarinfo-nun məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib. Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsin
23 may