Yayda avtomobil almayın! - Analitiklər səbəbini AÇIQLADI
Yay ikinci əl avtomobil almaq üçün ən pis vaxtdır. 2023–2024-cü illərdə 40 milyondan çox müqaviləni təhlil edən analitik şirkət bildirir ki, isti mövsümdə sərfəli təklif tapmaq ehtimalı üçdə birdən çox azalır.
Lent.az xəbər verir ki, xüsusilə iyun ayında avtomobili bazar qiymətindən 5% ucuz almaq şansı ilin orta göstəricisi ilə müqayisədə 30,4% azalır. May və iyulda vəziyyət bundan çox da yaxşı deyil. Azalma müvafiq olaraq 27,8% və 22,5% təşkil edir. Bayram və istirahət günlərində isə sərfəli təklif tapmaq daha da çətinləşir.
Bunun səbəbi sadədir: yayda tələbat artır, insanlar daha tez-tez avtomobil alır və dilerlər qiymətləri endirməyə ehtiyac görmürlər.
Əksinə, qışda vəziyyət tamamilə dəyişir. Yanvar sərfəli alış üçün ən yaxşı ay hesab olunur: belə təkliflərin payı illik ortalamadan 41,1% daha yüksəkdir. Dekabr və fevral da qənaət imkanı yaradır: bu aylarda göstəricilər 30%-i keçir. Xüsusilə Yeni il günləri əlverişlidir: bu dövrdə qiyməti bazardan azı 5% aşağı olan avtomobillərin sayı demək olar ki, 50% artır.
Mütəxəssislər bunu soyuq hava və bayram qayğıları səbəbindən alıcı axınının azalması ilə izah edirlər. Dilerlər diqqət cəlb etmək üçün endirimlər təklif etməyə məcbur qalırlar. Onlar alıcılara yalnız reklam stikerlərinə aldanmamağı, avtomobilin qiymətinin həqiqətən də bazar dəyərindən 5% aşağı olub-olmadığını diqqətlə yoxlamağı məsləhət görürlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 474 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uçuş zamanı zədələnmiş baqaja görə kompensasiyanı necə almaq olar?
Bir çox turist qeydiyyatdan keçmiş baqajın itməsi və ya zədələnməsi qorxusuna görə yalnız əl yükü ilə səyahət etməyə üstünlük verir. Lakin çamadanı baqaja vermək qaçılmaz olduqda belə, sərnişinlərin kompensasiya almaq hüququ var. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə
3 iyunBred Pitt İnes de Ramonla evlənməyi planlaşdırmır: SƏBƏBİ
Hollivud ulduzu Bred Pitt boşanmasının gələcək planlarına necə təsir etməsindən danışıb. xarici KİV-ə istinadən xəbər verir ki, zərgərlik dizayneri İnes de Ramonla uzunmüddətli münasibətdə olmasına baxmayaraq, aktyor yenidən evlənməyi planlaşdırmır. Aktyorun yaxın ətrafı bildirir ki, 62 yaşlı Pitt həl
5 iyunXiyarın payıza qədər bol məhsul verməsi üçün belə sulayın
Xiyar bağ sahəsində yetişdirilən ən tələbkar tərəvəzlərdən biridir. Bir neçə gün quraqlıq, sərin gecələr və ya həddindən artıq rütubətli hava kifayətdir ki, yarpaqlar saralmağa, bitki unlu şeh xəstəliyinə tutulmağa və ya çiçək yumurtacıqları tökülməyə başlasın. Bağbanlar xiyarların məhsuldarlığını artırmağ
2 iyunFransada 6,2 milyon dollarlıq "divara yapışdırılmış banan" oğurlandı
Fransanın Mets şəhərində yerləşən Centre Pompidou Muzeyində sərgilənən və dəyəri təxminən 6,2 milyon dollar olan "Divara yapışdırılmış banan" adlı sənət əsəri oğurlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə muzeyin mühafizə əməkdaşlarından birinin eksponatın bir hissəsi olan bananı
1 iyunAlmaniyada ilk robotaksilər işə salınacaq
"Uber", "Nvidia" və "Autobrains" şirkətləri Almaniyanın Münhen şəhərində sürücüsüz robotaksi xidmətini istifadəyə verməyi planlaşdırdıqlarını elan ediblər. xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine" nəşri məlumat yayıb. Bildirilir ki, yeni xidmət "Uber"i
2 iyun