Finlandiya Ukraynanın NATO və ya Aİ-yə üzvlük hüququnu saxlamasını vacib hesab edir

Finlandiya Ukraynanın NATO və ya Aİ-yə üzvlük hüququnu saxlamasını vacib hesab edirAvropa ABŞ ilə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməkdə davam edir. Onlar yalnız atəşkəs və ya sülh əldə edildikdən sonra qüvvəyə minəcək.

"Report"un məlumatına görə, bunu Finlandiya Prezidenti Aleksandr Stubb yerli "Ykkösaamu" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri avtomatik olaraq NATO Nizamnaməsinin 5-ci maddəsi ilə əlaqələndirilməməlidir. "Bunlar tamamilə fərqli təhlükəsizlik təminatlarıdır. Əsasən, münaqişə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyinə, müstəqilliyinə, öz müqəddəratını təyin etməsinə və ərazi bütövlüyünə təminat verənlərdir", - Stubb bildirib.

O vurğulayıb ki, indi təhlükəsizlik zəmanətlərinin nələri əhatə edəcəyini, kimin və necə iştirak edə biləcəyini müəyyənləşdirirlər: "Gəlin, çox da tələsməyək, Finlandiya mütləq hansısa məqamda iştirak edəcək, amma hələ dəqiq necə olacağını bilmirik".

Siyasətçi qeyd edib ki, məqsəd Ukraynanın ərazi itirməməsini təmin etməkdir. "Ukraynanın öz müstəqilliyini, öz müqəddəratını təyinetmə hüququnu, yəni NATO və ya Avropa İttifaqına daxil olmaq hüququnu, güclü müdafiə qüvvələrinə malik olmaq hüququnu qoruyub saxlamasını çox vacib hesab edirəm və təbii ki, biz ərazi itkilərinə can atmırıq", - o deyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 547   Tarix: 24 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr