Bunu etsəniz,süni intellekt sizə yalan danışa bilər - DİQQƏT
Süni intellekt modellərinin qiymətləndirilməsi üçün kompleks bençmark hazırlayan "Giskard" şirkətinin araşdırması maraqlı bir paradoksu üzə çıxarıb: əgər çat-botdan mümkün qədər qısa cavab vermək tələb olunarsa, onda "halüsinasiyaların" (uydurma və ya yanlış məlumatların) yaranma ehtimalı artır.
Lent.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilir.
Mütəxəssislər qeyd edirlər ki, bu xüsusiyyət xüsusilə ən qabaqcıl sistemlərdə — məsələn, OpenAI-nin GPT-4o, Mistral Large və Claude 3.7 Sonnet modellərində daha qabarıq görünür. Onlardan lakonik cavab tələb olunanda, onlar daha çox səhvlərə yol verir və qeyri-dəqiq məlumat təqdim edirlər.
Araşdırmaya görə, bunun səbəbi qısa cavab formatının neyroşəbəkəni məlumatı izah etmək, dəqiqləşdirmək və ya təkzib etmək imkanından məhrum etməsidir. Keyfiyyətli faktiki təkzib demək olar ki, həmişə daha geniş izah tələb edir.
Araşdırmanın müəllifləri yazır:
"Sistemdən son dərəcə yığcam cavab istənildikdə, o, qaçılmaz olaraq dəqiqliyi qısalığa qurban verir. Bu isə o deməkdir ki, hətta "qısa cavab verin" kimi zərərsiz göstərişlər belə modelin dezinformasiyanı düzəltmə qabiliyyətini ciddi şəkildə azalda bilər".
Bundan əlavə, hesabatda başqa bir məqam da vurğulanır: əgər yanlış iddia özünəinamlı şəkildə ifadə olunarsa, bir çox modellər onu təkzib etməyi üstün tutmur. Bu isə tərtibatçılar qarşısında çətin seçim qoyur — istifadəçi rahatlığı daha önəmlidir, yoxsa cavabların etibarlılığı?
Halüsinasiyalar — yəni uydurma və ya səhv məlumatların yaradılması problemi — hələ də ən müasir İİ sistemləri üçün tam həll edilməyib. Hətta qeyd olunur ki, OpenAI o3 kimi ən son məntiqi modellər bəzən əvvəlkilərlə müqayisədə daha çox belə səhvlərə yol verirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 722 Tarix: 28 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabr