Qorxu filmi kimi fəlakət ssenarisi: Fuji bir gün püskürsə, belə görünəcək (VİDEO)
Tokionun günorta vaxtı qaranlığa qərq olması, relsdən çıxan qatarlar, uçan damlar… Bunlar Yaponiya hökumətinin süni intellekt dəstəyi ilə hazırladığı və Fuji vulkanının mümkün püskürməsini təsvir edən videodan alınan görüntülərdir.
Qaynarinfo xəbər verir ki, Fuji vulkanının yaxın vaxtda püskürəcəyinə dair heç bir əlamət yoxdur. Ancaq o, hələ də aktiv vulkandır və son püskürməsi 1707-ci ildə Hoei dövründə qeydə alınıb. Tokio Bələdiyyəsinin Fövqəladə Halların Qarşısını Alma İdarəsinin yayımladığı 10 dəqiqəlik video məhz həmin ölçüdəki püskürmənin simulyasiyasıdır.
Video küçədə gəzən bir qadının telefonuna gələn "Vulkan püskürdü" xəbərdarlığı ilə başlayır. Ardınca göyə qalxan nəhəng tüstü buludları göstərilir. İki saat ərzində külün Tokiyoya çatacağı, bunun həm sağlamlıq riskləri, həm də elektrik, nəqliyyat və ərzaq paylanmasında fasilələr yaradacağı vurğulanır.
Yaponiyanın "Vulkan Fəlakətlərinin Qarşısının Alınması Günü" münasibətilə hökumət də ayrıca simulyasiya yayıb və insanlara "real ssenariləri göz önünə gətirməyi" tövsiyə edib.
CNN-in məlumatına görə, hökumətin hesablamaları belədir: genişmiqyaslı püskürmə təxminən 1,7 milyard kubmetr vulkan külü hasil edəcək, bunun 490 milyon kubmetri yolları, binaları və digər əraziləri örtəcək. Bu küllərin təmizlənməsi zəruri olacaq.
Fuji vulkanının püskürməsinin iqtisadi zərərinin 2,5 trilyon yenə (təxminən 16,6 milyard ABŞ dolları) çatacağı proqnozlaşdırılır. Ssenarilərə görə, qatarların hərəkəti dayana bilər, logistika çətinləşər, gündəlik ehtiyac mallarına çıxış məhdudlaşar, külün ağırlığı altında elektrik xətləri qırılaraq geniş kəsintilərə səbəb ola bilər.
Yaponiyanın Fövqəladə Halların İdarəolunması üzrə dövlət naziri Manabu Sakai deyib: "Bir vulkan püskürəndə ölçülməz ziyan törədə bilər və cəmiyyətə ciddi təsirlər göstərə bilər. Hər kəsi keçmiş fəlakətlərdən nəticə çıxarmağa və öz hazırlığını yenidən gözdən keçirməyə çağırıram".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 801 Tarix: 29 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabr