Soyuducuda hansı qidanı hara qoymaq lazımdır?
Məhsulların soyuducuda düzgün yerləşdirilməsi onların təzəliyini daha uzun müddət qorumağa kömək edir. Qidanı nizamsız saxlamaq isə həm tez xarab olmasına, həm də texnikanın həddindən artıq yüklənməsinə səbəb ola bilər.
Sonxeber.az bu barədə lent.az-a istinadla xəbər verir.
Hər bölmənin öz funksiyası var
Müasir soyuducular elə qurulub ki, hər zona müəyyən məhsullar üçün nəzərdə tutulub. Məhsulların keyfiyyətini maksimum qorumaq üçün müxtəlif hissələrdəki temperaturu nəzərə almaq vacibdir.
Üst və orta rəflər
Burada temperatur ən stabil olur. Bu səbəbdən həmin rəflərə adətən aşağıdakılar qoyulur:
Kərə yağı, kolbasa və vetçina, şirniyyat və bişmiş məmulatlar, hazır yeməklər.
Meyvə və tərəvəz isə çox soyuqda tez dadını itirir. Onlar üçün adətən ayrıca qutu (+8 °C) nəzərdə tutulur. Belə qutu yoxdursa, onları yuxarı rəflərdə saxlamaq daha məqsədəuyğundur.
Pomidor, xiyar və təzə göyərti soyuqda dadını itirdiyi üçün soyuducudan kənarda saxlanması tövsiyə olunur. Amma alma, armud, kələm və gavalı +8 °C-də yaxşı qalır.
Aşağı rəflər və "təzəlik zonası"
Soyuducunun ən soyuq hissəsi aşağı rəflərdir - təxminən +2 °C. Burada ət, balıq və süd məhsulları saxlamaq daha uyğundur.
Bir çox modellərdə ayrıca bölmə də mövcuddur. Onun temperaturu 0-1 °C olur və burada ət, balıq və pendir uzun müddət yaxşı qalır. Bəzi soyuducularda bu temperatur -3-dən +3 °C-yə qədər tənzimlənə bilir.
Qapı rəflərində nə saxlamaq olar?
Soyuducunun qapısında temperatur +10 °C-yə qədər qalxa bilər. Bu səbəbdən süd və yumurtanı burada saxlamaq düzgün deyil - onlar daxili rəflərə yerləşdirilməlidir. Qapıda isə souslar, içkilər, mayonez, limon və əridilmiş pendirlər saxlamaq olar.
Dondurucu bölməsi
Dondurucunun tam dolu olması halında optimal temperatur -20...-25 °C-dir. Əgər az məhsul varsa, -16...-18 °C kifayətdir. Dondurucunu həddindən artıq doldurmaq olmaz, amma tam boş da saxlamaq məsləhət deyil, ən azı yarısı dolu olmalıdır ki, soyuq bərabər dövr etsin.
Temperaturu necə yoxlamaq olar?
Əgər süd tez turşuyursa və ya məhsullar çox isti və ya əksinə, donmuş görünürsə, soyuducunu sadə üsulla yoxlamaq olar. Bunun üçün spirtli termometri yuxarı rəfə 20 dəqiqəlik qoymaq kifayətdir. Sonra göstəriciləri digər zonalarla müqayisə etmək lazımdır. Temperatur normaya uyğun gəlmirsə və tənzimləmə kömək etmirsə, ustaya müraciət edilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 552 Tarix: 30 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqlara bunu oxumayın - Alimlər haqqında kitablar elmə olan marağı azaldır
Bir çox valideyn övladında elmə maraq yaratmaq üçün məşhur alimlərin həyatından bəhs edən kitablar alır. Lakin araşdırmalar göstərir ki, belə kitablar düzgün yazılmadıqda uşağı həvəsləndirmək əvəzinə elmdən uzaqlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, uşaqlar üçün yazılan alim bioqrafiyalarınd
28 avqustToyda qayınana gözəlliyi ilə DİQQƏT ÇƏKDİ - VİDEO
Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, videoda müğənni Dana Durdana ilə birlikdə görüntülənən qayınananın gözəlliyi və görünüşü izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun gənc görünüşünü müzakirə edib, görüntülər
30 avqust40 il əvvələdək dünyadan xəbərləri yox idi - Zamanı da tanımırlar...
Braziliyanın Amazon bölgəsində yaşayan Amondava xalqı zaman anlayışına yanaşması ilə alimlərin diqqətini çəkir. "Qafqazinfo" xəbər verir ki, Amondava xalqı Uru-Eu-Vau-Vau icmasının bir hissəsidir və Braziliyanın şimal-qərbində, Amazon bölgəsində yaşayır. Onların xarici dünya ilə ilk təmas
27 avqustUniversiteti yarımçıq buraxıb, uşaqlıq xəyalına sarılan gənc milyoner oldu
ABŞ-ın Mayami şəhərində yaşayan Andres Fernandez uşaqlıq həvəsini milyon dollarlıq biznesə çevirib. Biznes təhsili aldığı universiteti cəmi bir semestrdən sonra yarımçıq qoyan Fernandez bütün diqqətini Pokémon kartlarının satışına yönəldib. xarici mediaya istinadla xəbər verir ki, Fernandezin Pokémon-
31 avqustBahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu
Gözaltı qaralmaları yorğun və solğun görünüşə səbəb ola bilər. Lakin bu problemin qarşısını almaq üçün mütləq bahalı kosmetik məhsullardan istifadə etmək lazım deyil. Evdə tətbiq edilə bilən sadə üsullardan biri 10 dəqiqə ərzində gözaltı nahiyəsinə soyuq kompres tətbiq etməkdir. xəbər verir ki, soyu
29 avqust"Qəhvə yuxusu" nədir və hansı faydaları var? - Həkimdən İZAH
Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb. xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb. Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərha
27 avqustYumurtanı bir il dondurucuda saxlamaq olar - Vacib qaydalar
Yumurtanı dondurucuda bir ilə qədər saxlamaq mümkündür. xəbər verir ki, bunun üçün yumurta ağı və sarısı fərqli qaydada dondurulmalıdır. Mütəxəssislər qeyd edirlər ki, xüsusilə yumurta sarısı dondurulduqda onun quruluşunda dəyişiklik baş verə bilər. Buna görə saxlama üsulunun düzgün seçilməsi vacibdir
30 avqustAzərbaycanda çoxunun evində var: 250 MANATA ALIRLAR - FOTO
Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur. xəbər verir ki, bu barədə gənc numizmat Fərhad M. məlumat verib. Onun sözlərinə görə, 50 min manatlıq əskinas 1996-cı ildə dövriyyəyə buraxılıb və 2006-cı ilədək istifad
30 avqust