İspaniyanın Baş naziri ABŞ-nin Fələstinlə bağlı qərarını ədalətsiz adlandırıb
İspaniyanın Baş naziri Pedro Sançes Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas ilə danışıqlar aparıb.
"Report" xəbər verir ki, bu barədə Baş nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
P.Sançes Mahmud Abbasa dəstək ifadə edərək ABŞ-nin sentyabrda keçiriləcək BMT Baş Assambleyasına Fələstin muxtariyyəti nümayəndə heyətinin buraxılmaması (viza verilməməsi - red.) qərarının ədalətsiz olduğunu bildirib.
"Mən BMT-nin qarşıdan gələn yüksək səviyyəli həftəsində Fələstin nümayəndələrinin vizalarının ədalətsiz ləğvindən sonra İspaniyanın qətiyyətli dəstəyini ifadə etmək üçün Mahmud Abbas ilə danışdım", - o qeyd edib.
P.Sançesin sözlərinə görə, Fələstinin BMT-də və bütün beynəlxalq forumlarda eşidilmək hüququ var. O, Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etməyə və döyüş əməliyyatlarını dayandırmağa çağırıb.
Qeyd edək ki, ABŞ administrasiyası sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün gedən Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası nümayəndələrinin vizalarını ləğv edib. ABŞ-nin viza məhdudiyyətləri haqqında qərarı Fələstin Prezidenti Mahmud Abbas da daxil olmaqla 80 fələstinli rəsmiyə təsir edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 347 Tarix: 30 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Qurban bayramına sayılı günlər qalmış bəzi ölkələrdə dini qaydalara uyğun qurban kəsiminə tətbiq edilən məhdudiyyətlər yenidən gündəmə gəlib. -a istinadən xəbər verir ki, heyvan rifahı qanunları, ictimai asayiş və iqtisadi səbəblərlə müxtəlif tətbiqlərin həyata keçirildiyi bəzi ölkələrdə qurban kəsim
23 may"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb. "Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilə
22 mayKİV: ABŞ yaxın günlərdə İrana hücuma hazırlaşır
ABŞ Administrasiyası, xüsusən də Pentaqon və kəşfiyyat orqanlarının nümayəndələri qarşıdakı üç gün ərzində İrana qarşı hərbi əməliyyatların bərpa olunmasına hazırlıq görürlər. xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, bəzi ABŞ hərbi və kəşfiyyat rəsmilər
23 may"Green card" qaydalarında dəyişiklik edildi
ABŞ "Green card" qaydalarında dəyişikliklər edib. xəbər verir ki, bununla bağlı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb. Belə ki, artıq ABŞ ərazisində olan zaman "Green card" üçün müraciət etmək mümkün olmayacaq. Tramp administrasiyası bu ölkədə olan və "Gree
23 maySuda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə
21 may