Çilləri bu üsulla yox edin
Çillər xüsusilə yay aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosit hüceyrələri dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalarsa, melanosit hüceyrələri bir o qədər melanin ifraz edər və nəticədə isə dəri daha çox qaralar. Bəzən isə bu hüceyrələr dəridə qeyri-bərabər paylanmır və lazım olduğundan daha çox ifraz olunur. Nəticədə də ləkələr yaranır. Bəzi mütəxəssislər belə ləkələrdən qurtulmağın mümkünsüzlüyünü bildirsələr də, bunun əksini deyənlər də az deyil.
Sizə çillərlə ev şəraitində mübarizə aparmağın yollarını açıqlayacağıq.
Cəfəri kökünü qaynadaraq limon suyu ilə qarışdırın. Bu su ilə üzünüzü səhər və axşam silin.
2 x.q kök suyuna 20 damcı limon suyu əlavə edilir. Gün ərzində üz dərisi 2-3 dəfə silinir. 20 dəqiqə sonra su ilə durulanır.
Çillərdən yaxa qurtarmağın bir digər yolu isə pomidordur. Üz təmizlənərək qidalandırıcı krem çəkilir. Nazik dilimlənmiş pomidor dilimləri üzə yerləşdirilir. 30 dəqiqə sonra dilimlər götürülür və üz dərisi soyuq süddə isladılmış pambıqla silinir.
1.x.q xırda doğranmış cəfəri, 1 x.q bal ilə qarışdırılaraq dəriyə çəkilir. 45 dəqiqə sonra isə iliq su ilə yuyulur.
1 ədəd limonun suyu, 1 ədəd yumurta sarısı, 2 c.q toz şəkər və 100 ml su qarışdırılır. Bu su ilə üz dərisi 2-3 dəqiqə yüngül masaj edilir. 20 dəqiqə sonra isə iliq su ilə yuyulur. Dərisi problemli olanların bu maskadan istifadə etməsi məsləhət görülmür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 670 Tarix: 30 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabr