KİV: Tramp ABŞ podratçılarının Ukraynaya göndərilməsini müzakirə edir
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələri ilə uzunmüddətli sülh nizamlanmasının bir hissəsi kimi ABŞ-nin özəl hərbi şirkətlərinin (PMC) Ukraynaya potensial olaraq yerləşdirilməsi planını müzakirə edir.
"Report" xəbər verir ki, bu barədə "The Telegraph" yazır.
ABŞ hərbi podratçıları müdafiə xəttinin yenidən qurulması və gücləndirilməsi, ölkənin Ukraynadakı kommersiya maraqlarının qorunmasında iştirak edə bilər.
Nəşrin mənbələrinə görə, amerikalı muzdluların olması Kremli atəşkəsi pozmaqdan çəkindirəcək.
Bundan əlavə, Amerika podratçılarının Ukraynada olması Tramp administrasiyası tərəfindən Avropa güclərinə əhəmiyyətli dəstək kimi qiymətləndiriləcək. Ağ Ev daha əvvəl Ukraynaya sülhməramlı kimi ABŞ qoşunlarının göndərilməsi variantını istisna etmişdi.
"Financial Times" bir gün əvvəl yazmışdı ki, Tramp da Çin sülhməramlılarının Ukraynaya göndərilməsi ideyasını müzakirə edib, lakin Ağ Ev bunu təkzib edib.
"The Telegraph" və digər Qərb KİV-in yazdığına görə, sülh yolu ilə nizamlanma variantları arasında Avropa ölkələri Ukraynada 30 minə yaxın hərbçinin yerləşdirilməsini nəzərdən keçirir. Belə hazırlığı Böyük Britaniya, Fransa, Almaniya, Belçika, eləcə də Baltikyanı, Şimali Avropa və Skandinaviya ölkələri ifadə ediblər.
Bundan əlavə, planın bəndlərindən biri 40 kilometrlik bufer zonasının (hər iki cəbhə xəttində 20 kilometr - red.) yaradılmasını nəzərdə tutur. Ukrayna Prezidenti Volodimir Zelenski cavab olaraq bildirib ki, belə bir ideya ancaq müharibənin texnoloji vəziyyətini indi başa düşməyənlər tərəfindən təklif oluna bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 615 Tarix: 31 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulKonqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1
5 iyulABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub
ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras
5 iyulYəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni
5 iyul