Qızılgül qoxusunun inanılmaz təsiri – Yaddaşı möhkəmləndirir

Qızılgül qoxusunun inanılmaz təsiri – Yaddaşı möhkəmləndirirAlimlər qızılgül qoxusunun beynin strukturunda dəyişikliklər yaratdığını sübut ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Lenta dnya" "Telegram" kanalı məlumat yayıb.

Yaponiyanın Kyoto Universiteti və Tsukuba Universitetinin tədqiqatçıları bir qrup qadından bir ay müddətində qızılgül yağı ilə isladılmış paltar geyinmələrini xahiş ediblər. Maqnit-rezonans tomoqrafiyası (MRT) nəticəsində onların beynində boz maddənin həcmində artım müşahidə olunub. Xüsusilə də yaddaş və assosiasiyalarla əlaqəli sahələrdə dəyişiklik qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, bu təsir zehni qabiliyyətlərin artmasına zəmanət verməsə də, demensiya və digər neyrodegenerativ xəstəliklərin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edə bilər.

Qeyd olunur ki, gələcəkdə bu tip araşdırmalar yaddaşı gücləndirmək və beyni qocalmadan qorumaq üçün sadə və əlçatan aromaterapiya üsullarının inkişafına təkan verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 679   Tarix: 31 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Smartfonda təyyarə rejimi: Onu hər gün aktivləşdirsəniz, nə baş verər?

Əksər smartfon istifadəçiləri təyyarə rejimindən yalnız uçuş zamanı istifadə edir. Lakin bu funksiya gündəlik həyatda da faydalı ola bilər. Onu bir neçə dəqiqəlik aktivləşdirmək simsiz bağlantıları sürətlə söndürməyə və bəzi rabitə problemlərini aradan qaldırmağa kömək edir. xarici mediaya istinadə

2 avqust
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

16 avqust
.

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Hotel otağına daxil olan kimi hamam otağındakı şüşə stəkanı qapı dəstəyindən asmaq ilk baxışdan qəribə bir xürafat kimi görünə bilər. xəbər verir ki, yorucu səyahətdən sonra hotel otağına yerləşib dincəlməyə çəkilməzdən əvvəl təcrübəli səyyahların əsla nəzərdən qaçırmadığı qeyri-adi bir üsul var. B

8 avqust
.

Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul

Evdə daş kimi sərtləşən bayat çörəkləri sırf yeyilmir deyə zibilə atırsınızsa, böyük israf edirsiniz. Su ilə sadəcə bir neçə saniyədə tətbiq edəcəyiniz o gizli toxunuş sərtləşmiş çörəkləri sobadan təzə çıxmış kimi edir. Kran suyunun altına tutub sobaya atın. xəbər verir ki, çörəyin qurumuş çöl qabığın

9 avqust
.

Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş

Yeni və genişmiqyaslı araşdırma doğum sırası ilə müxtəlif xəstəliklərin inkişaf riski arasında əvvəllər düşünüldüyündən daha geniş əlaqənin olduğunu ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Nature Health" jurnalında dərc olunan araşdırmada iki uşaqlı ailələrdən 10 milyondan ço

7 avqust
.

Hamı bu toydan danışır - Bəy və gəlin ELƏ HƏRƏKƏT ETDİ Kİ... - FOTOLAR

Türkiyənin Osmaniyə vilayətinin Bahçə rayonunda Oğuzhan Türk və Gülizar Kavcı cütlüyü toy mərasimində ənənəvi gəlin avtomobilindən imtina edərək yarış motosikletinə üstünlük verib. -a istinadən bildirir ki, motosiklet həvəskarı olan cütlük dostlarının müşayiəti ilə toy salonuna mühərrik səsləri və alqışla

16 avqust
.

Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı

Bir çox insan səyahətlərdən gətirdiyi və ya hədiyyə aldığı suvenir maqnitlərlə soyuducunun qapısını bəzəyir. Lakin illərdir bu adi aksessuarlarla bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri maqnitlərin soyuducunun elektronikasına zərər verdiyini, digərləri isə elektrik sərfiyyatını artırdığını düşünür

16 avqust
.

55 saat dayanmadan üzüb tarix yazdı - Video

Polşalı üzgüçü Bartlomey Kubkovski inanılmaz uğura imza ataraq Baltik dənizini tam şəkildə üzərək keçən ilk insan kimi tarixə düşüb. "Qafqazinfo" xəbər verir ki, Kubkovski təxminən 160 kilometrlik məsafəni qət edərək İsveçin Koseberqa şəhərindən Polşanın Djnuv sahilinə çatıb. O, bu çətin səyahət

4 avqust
.

Alimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il

İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların

1 avqust