Bədəni 95 faiz döymə idi - Silinəndən sonra görünüşü ŞOKA SALDI
Braziliyalı bir kişi, bədəninin 95%-i döymələrlə örtülü olduğu halda, lazerlə döymələrin silinməsindən sonra təəccüblü görünüşünü nümayiş etdirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir vaxtlar Braziliyanın ən çox döyməli adamı kimi tanınan Leandro de Souzanın bədəni 13 yaşından başından ayaqlarına qədər yüzlərlə döymə ilə örtülüb.
Onun 170 döymədən ibarət kolleksiyası sevimli rok qrupları — Nirvana, Guns n Roses və Metallica-dan ilhamlanaraq ərsəyə gəlmişdi. Lakin 36 yaşlı kişi həyat tərzini tamamilə dəyişməyə qərar verib və bu, döymələrin silinməsi üçün bir neçə ağrılı əməliyyatı da əhatə edib. De Souzanın sözlərinə görə, bu qədər ağrılı və genişmiqyaslı transformasiyaya getmək qərarı onun dinə gəlməsindən sonra verilib.
O, körpə ikən ayaqqabı qutusunda tapıldıqdan sonra övladlığa götürülüb. Daha sonralar narkotik istifadəsinə başlayıb və oğurluğa görə həbsxanada yatıb. O, 21 ilini döymə etdirməklə keçirib, üzündəki döymələrlə üzünü skelet kəlləyə bənzətməyə çalışıb. Cinayətkar həyatı nəticəsində onu övladlığa götürən anasının qəyyumluğunu 2019-cu ildə itirib və qadın yaşlılar evinə göndərilib. İndi isə onu geri qaytara bilməsi üçün sabit işə ehtiyacı var.
De Souza xaç suyuna salınıb, artıq narkotikdən uzaqlaşıb. Evangelizmlə tanış olduqdan sonra isə həyatını və imicini dəyişməyə qərar verib. O belə deyib:
"Mən artıq yaşadığım o həyata dözə bilmirdim. Mən qatıldığım tədbirlərdə bir atraksion kimi idim və özümü sirk heyvanı kimi hiss edirdim".
O, həmçinin spirtli içki və siqaretdən imtina edib və indi övladına aliment ödəmək, eləcə də anasına baxa bilmək üçün rəsmi iş tapmağa çalışır.
De Souza müsahibəsində belə deyib:
"Üzünüzə döymə etdirməzdən əvvəl yaxşı düşünün, çünki mən buna görə peşmanam. Mən döymələri qınamıram. Amma inanıram ki, xaç suyuna salındıqdan və imana gəldikdən sonra bizim üçün daha vacib işlər var, əziz qardaşlarım".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2225 Tarix: 31 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabr