Hazırda kadr seçimi üzrə daha yaxşı nəticə göstərən üsul

Hazırda kadr seçimi üzrə daha yaxşı nəticə göstərən üsulBu həftə Çikaqo Universitetinin Booth Biznes Məktəbinin və Erasmus Rotterdam Universitetinin tədqiqatçıları süni intellektin işə qəbul üçün namizəd axtarışı imkanlarını araşdıran bir tədqiqatın nəticələrini dərc ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat 67 000 iş müsahibəsi əsasında aparılıb və nəticələr kadr seçimi üzrə mütəxəssislər üçün xoş xəbər vəd etmir - süni intellekt bu tapşırıqların öhdəsindən insandan heç də pis gəlmir. Tədqiqatçılar bir işəgötürmə şirkəti ilə əməkdaşlıq ediblər. Birlikdə onlar 67 000 namizədi təsadüfi şəkildə bölüşdürərək ya süni intellekt agenti ilə, ya insanla müsahibə keçirmələrini, ya da seçim haqqını özlərinə buraxıblar. Qeyd olunur ki, müsahibələr telefon vasitəsilə aparılıb və söhbətin əvvəlində süni intellekt agenti qarşı tərəfi insanla deyil, süni intellektlə danışdığını xəbərdar edib. Bütün hallarda işə qəbul üzrə yekun qərarı insanlar veriblər.

Bu qərar namizədlərin müsahibə zamanı özlərini nə dərəcədə yaxşı göstərməsinə və standart testlərin nəticələrinə əsaslanıb. Süni intellekt agenti tərəfindən aparılan müsahibələr iş təkliflərinin sayının 12% artmasına və işə qəbuldan sonrakı ilk ayda işçilərin saxlanma səviyyəsinin ən azı 17% yüksəlməsinə səbəb olub. Tədqiqatçılar müəyyən ediblər ki, süni intellekt əsaslı səs agentləri zənglər zamanı insan müsahibəçilərlə müqayisədə əhəmiyyətli dərəcədə daha çox əsas mövzuları əhatə edir. Bu yanaşma isə rekruterlərə işə qəbul və ya imtina barədə qərar vermək üçün daha çox aktual məlumat əldə etməyə imkan yaradır. Tədqiqat müəlliflərindən biri Brian Jabarian hesab edir ki, süni intellekt agentinin müsahibələrdə yaxşı nəticə göstərməsinin səbəblərindən biri onun az danışması və namizədi daha fəal danışmağa sövq etməsidir.

Bundan başqa, minlərlə müsahibə keçirildiyi hallarda insan müsahibəçilər yorğunluğa məruz qalır və nəticədə bəzi vacib sualları verməyi unuda bilirlər. Bəzi potensial namizədlər süni intellekt agenti ilə müsahibə keçmək təklifini mənfi qarşıladılar. Onların təxminən 5%-i botla ünsiyyət qurmaq istəmədikləri üçün söhbəti vaxtından əvvəl dayandırıblar. 7% hallarda isə səsli süni intellekt agenti texniki çətinliklərlə üzləşib. Bir çox namizədlər süni intellekti "xeyli dərəcədə qeyri-təbii" müsahib tərəf kimi qiymətləndiriblər. Eyni zamanda, botla müsahibə barədə rəy bildirən namizədlərin 70%-i bunun onlar üçün müsbət təcrübə olduğunu qeyd edib. Halbuki insan-müsahibəçi ilə müsahibə barədə müsbət fikir bildirənlərin payı cəmi 50% olub.

Bu nəticələr peşəkar rekruterləri çaşdırıb, çünki onlar süni intellektin bu tapşırığın öhdəsindən xeyli zəif gələcəyini gözləyirdilər. Qeyd olunası məqamlardan biri də odur ki, hər 5 nəfərdən 4-ü müsahibəni süni intellekt ilə keçirməyi üstün tutub - baxmayaraq ki, bu, onların özlərinə uyğun vaxtı təyin etmək imkanına malik olmaları ilə də bağlı ola bilər. Araşdırma əsasında əldə olunan ən maraqlı nəticələrdən biri peşəkar rekruterlərin süni intellekt əsaslı alqoritmlərlə əvəzlənməsinin iqtisadi səmərəliliyi ilə bağlıdır. Botlar təəccüblü dərəcədə mürəkkəb işin öhdəsindən yaxşı gəlsələr də, onların istifadəsi inteqrasiya üçün tələb olunan investisiyaların geri dönüşünə zəmanət vermir.

Namizədlərin müsahibə vaxtını planlaşdırmaq imkanı olsa da, bu effektivlik müəyyən mənada azalırdı, çünki süni intellekt agentləri tərəfindən aparılan müsahibələrin nəticələrini öyrənmək üçün insan-rekruterlərin orta hesabla təxminən 2 dəfə çox vaxtı tələb olunurdu. Səsli süni intellekt agentlərinə müsahibə üçün investisiya qoyulmasının real qənaətə gətirib çıxarıb-çıxarmayacağı sualı isə əsasən konkret vəziyyətdən asılıdır. Burada vakansiyaların tipi, müsahibə aparmaq üçün süni intellekt agentinin səriştəsi, işə qəbul həcmi, rekruterlərin maaş səviyyəsi və digər amillər mühüm rol oynayır. Görünür ki, rekruter maaşlarının yüksək olmadığı regionlardakı kiçik şirkətlər süni intellekt agentlərinin istifadəsindən fayda götürə bilməyəcəklər. Əvəzində, çoxsaylı namizədləri və bahalı rekruterləri olan böyük şirkətlərin perspektivləri daha ümidverici görünür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 710   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr