Juninyonun "Qarabağ"a keçidi ilə bağlı SON XƏBƏR - Hər şey açıqlandı

Juninyonun "Qarabağ"a keçidi ilə bağlı SON XƏBƏR - Hər şey açıqlandı"Qarabağ" bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.

Sonxeber.az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Olavio Juninyonu geri qaytarmaqda problemlə üzləşib.

Ağdam təmsilçisi "sambaçı"nı icarəyə götürmək istəsə də, "Flamenqo" razılaşmayıb. Braziliya klubu bu ilin yanvarında 5 milyon avroya "Qarabağ"dan transfer etdiyi hücumçu ilə müvəqqəti vidalaşmağa müsbət yanaşmayıb.

Braziliya təmsilçisinin nümayəndəsi "Qarabağ" tərəfinə 29 yaşlı forvardı birdəfəlik satmaq niyyətində olduqlarını bildirib. O, yalnız 4 milyon avro qarşılığında bu keçidin mümkün olacağını qeyd edib. "Qarabağ" isə həmin məbləği ödəməkdən boyun qaçırıb.

O.Juninyo isə hazırkı klubunun mövqeyindən məyusluq keçirib. O, "Qarabağ"ın mənsubları ilə əlaqə saxlayaraq, danışıqların gedişində yaranmış fikir ayrılığından təəssüfləndiyini dilə gətirib.

***09:27

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.

Sonxeber.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Flamenqo"ya satdığı Olavio Juninyonu geri qaytarıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.

29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.

Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya beş milyon avroya satılmışdı.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 6946   Tarix: 02 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AFFA Ayxan Abbasovla Saşa İliçi cəzalandırdı (VİDEO)

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Mütəxəssis Misli Premyer Liqasının XII turunda baş tutan "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texnik

4 dekabr
.

"Qarabağ" dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, "Qarabağ" hazırda 68-ci pillədədir. Buna səbəb isə onun 3 sıra geriləməsidir. Ölkə çempionunun aktivində 187.5 xal var. "Sabah" 276-c

11 dekabr
.

"Formula-1" pilotlarının reytinqi açıqlanıb

"Sky Sports" telekanalı 2025-ci il "Formula-1" mövsümündə ən yaxşı pilotların reytinqini təqdim edib. -ın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, ən yüksək balı "Red Bull"un pilotu, dördqat dünya çempionu Maks Ferstappen qazanıb. "McLaren"dən olan yen

13 dekabr
.

Azərbaycanda stadiondan elektrik naqilləri oğurlandı

Şəmkir Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi baş verib. -a istinadən xəbər verir ki, arenadan elektrik naqilləri oğurlandığı bildirilib. İddialara görə, gecə saatlarında yaşanan hadisə "Şəmkir"in ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb. Çünk

13 dekabr
.

"Qarabağ" sığınacaqdakı o azyaşlı ilə görüşəcək - Video

"Qarabağ" FK Qadın və Uşaq Sığınacağında "Qarabağ" - "Ayaks"(2:4 ) matçını tək izləyən azyaşlı ilə görüşəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə sığınacaq məlumat yayıb. "O qədər sevinirik ki. Əkbər balamız "Qarabağ" FK ilə görüşəcək",

12 dekabr
.

Azərbaycan Premyer Liqası: "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək

Misli Premyer Liqasında bu gün XIV tura start veriləcək. Qaynarinfo-nun məlumatına görə ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:00-da start götürəcək. "Qarabağ" hazırda turni

6 dekabr
.

"Beşiktaş" dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir

"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər. "Eagle Media"ya istinadən xəbər verir ki, "Beşiktaş" futbolçuya ciddi maraq göstərir və onunla bağlı vəziyyəti diqqətlə izləyir. İstanbul klubunun rəhbərliyi yanvarda danışıqları aktivləşdirməy

13 dekabr
.

"Sabah" məhkəməni uduzdu - İmanova 10 min manat ödəyəcək

"Sabah" keçmiş qapıçısı Yusif İmanova 10 min manat ödəyəcək. Bu barədə "Qafqazinfo"ya futbolçunun özü məlumat verib. Belə ki, Masazır təmsilçisinin heyətində kifayət qədər oynamaq şansı qazanmayan çərçivə qoryucusu klublar müqaviləsini birtərəfli qaydada pozmuşdu. Hər iki tərəf bir-birin

5 dekabr
.

Nərimandan tənqidlərə "cavab"

"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu

14 dekabr