Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib - Maraqlı hadisə

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib - Maraqlı hadisəHazırda 78 yaşında olan Kraliça Kamilla yeniyetməlik dövründə qatarda naməlum bir kişi tərəfindən cinsi qısnamaya məruz qalıb. Lakin o, cəsarətli şəkildə müdafiə olunaraq hücumçunu zərərsizləşdirə bilib. Kamilla ayaqqabısını çıxararaq dabanı ilə kişinin qasıq nahiyəsinə zərbə endirməklə xilas olmağı bacarıb.

Ölkə.az xəbər verir ki, bu hadisə "Güc və Saray" adlı kitabda yer alıb.

Hadisə ötən əsrin 1960-cı illərində baş verib. O zaman gələcək kraliçanın təxminən 16–17 yaşı olub. Kamilla Paddinqtona gedən qatarda sakitcə öz işi ilə məşğul olarkən, naməlum bir kişi onun yanında əyləşərək əl-qol atmağa başlayıb.

Qeyd olunur ki, Kamilla bu əhvalatı 2012-ci ildə, İngiltərənin keçmiş baş naziri Boris Conson hələ London meri olarkən və zorlama qurbanlarına dəstək məqsədilə yeni mərkəzlər açmağa hazırlaşdığı dövrdə ona danışıb.

Conson hadisənin davamını soruşduqda, Kamilla belə cavab verib:

"Anamın mənə öyrətdiyini etdim: ayaqqabımı çıxardım və onu dabanları ilə vurmağa başladım".

Qatar Paddinqtona çatdıqda, Kamilla sakitcə enərək bir polis məmuruna müraciət edib, hücum barədə məlumat verib və həmin şəxsin həbs olunmasını tələb edib.

Bu travmatik təcrübəyə baxmayaraq, Kraliça Kamilla hadisə haqqında nadir hallarda açıq danışır. O, diqqətini zorakılığın digər qurbanlarına yönəltməyə üstünlük verir.

Qeyd edilir ki, illər ərzində Kamilla cinsi və məişət zorakılığı ilə mübarizədə aparıcı fiqura çevrilib. Xüsusilə, Kornuoll hersoginyası olaraq 2012-ci ildə zorlama və zorakılıqla mübarizə aparan bir təşkilat üçün qəbul təşkil edən kral ailəsinin ilk üzvü olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 890   Tarix: 02 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr