Ekspert: Parlaq çamadan oğrular üçün "cazibədar hədəf"dir
Parlaq və diqqətçəkən çamadanlar səyahət zamanı təhlükə yarada bilər.
Lent.az xarici mediaya isinadən xəbər verir ki, səyahət eksperti Andrea Platania ən təhlükəsiz çamadanların adi və ya köhnə formada olduğunu bildirib.
"Parlaq çamadan dəbli görünə bilər, amma o, lazım olmayan adamların diqqətini cəlb edir. Əgər təhlükəsiz səyahət etmək istəyirsinizsə, diqqət çəkməyən, adi çamadan seçin. Belə olduqda o, nə oğruların marağına səbəb olur, nə də içində dəyərli əşyaların ola biləcəyini göstərir", – deyə ekspert vurğulayıb.
Platanianın sözlərinə görə, məsələ təkcə çamadanın görünüşündə deyil. Onu düzgün bağlamaq da vacibdir. Hətta sadə asma qıfıl belə oğruları çəkindirə bilər, çünki onlar maneə ilə rastlaşanda adətən daha asan hədəflərə yönəlirlər.
Bununla yanaşı, çamadanın üzərinə kiçik lent, stiker və ya nəzərə çarpmayan işarə qoymaq tövsiyə olunur. Bu, bagaj verilişi zamanı onu tez tanımağa kömək edəcək.
Ekspert həmçinin səyahətçilərə çamadanlarını qorumaq üçün treker istifadəsini də məsləhət görür. Belə cihaz çamadanın içinə yerləşdirilir və itki və ya oğurluq halında yerini izləməyə imkan verir. Bu, həm də sığorta prosesini sadələşdirir.
Mütəxəssislər oğurluq halını dərhal bildirməyi, hava limanına getməzdən əvvəl isə çamadanın bir neçə şəklini çəkməyi də tövsiyə edirlər. Bu addımlar əşyaların tapılma və geri qaytarılma şansını artırır.
Digər xəbərdarlıqlar
Andrea Platania daha əvvəl səyahətə markasız dərman və ya qida əlavələrinin aparılmamasını tövsiyə edib. Onun sözlərinə görə, bəzi ölkələrdə kodein və ya antihistaminlər kimi sadə dərmanlar belə xüsusi resept və sənəd tələb edə bilər.
Bundan başqa, mütəxəssislər təyyarəyə minərkən geyinməmək lazım olan 5 əşyanı da açıqlayıblar: dar leggins və cinslər, dar kəmərlər və korreksiyaedici alt paltarları, sərt tikişli geyimlər, sıx və sərt ayaqqabılar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 640 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabr