Bir ölkənin ümidsiz mübarizəsi: Sular yüksəlir, ada yox olur

Bir ölkənin ümidsiz mübarizəsi: Sular yüksəlir, ada yox olurSakit okeanın ortasında, xəritədə yerini tapmağın belə çətin olduğu kiçik bir ada dövləti səssizcə böyük bir yox oluşa hazırlaşır.

Sonxeber.az xəbər verir ki, təxminən 11 min nəfərin yaşadığı Tuvalu dünyanın ən alçaq səviyyəli ölkələrindən biridir. Ancaq bu xüsusiyyət indi onun ən böyük zəifliyi hesab olunur.

Dəniz səviyyəsinin qalxması Tuvaluya birbaşa təhdid yaradır. Mütəxəssislərin sözlərinə görə, qarşıdakı 25 il ərzində yüksək qabarma zamanı ölkənin demək olar ki, tamamı su altında qala bilər. Bu ssenari sadəcə fəlakət deyil, həm də Tuvalunun fiziki varlığının sonu deməkdir. Bir vaxtlar mavi suları və mərcan rifləri ilə turizm cənnəti kimi təsəvvür edilən ada indi yaşanmaz hala gəlir.

Tuvalunun problemi yalnız dəniz səviyyəsinin qalxması ilə məhdudlaşmır. Okean suları adanın yeraltı şirin su ehtiyatlarını duzlandırır. Bu isə əhalini demək olar ki, tamamilə yağış suyundan asılı vəziyyətə salır. Amma iqlim böhranının başqa bir üzü olan quraqlıq yağışların miqdarını hər il azaldır.

Adanın torpaqları əkinçilik üçün əlverişli deyil. Duzlu və məsaməli torpaq əsas qida istehsalını mümkünsüz hala gətirir. Əhalinin ənənəvi qida mənbəyi olan balıqlar isə ya sayca azalır, ya da mərcanların ağarması nəticəsində yayılan mikroalg səbəbilə zəhərli olur. "Siguatera" adlı toksinlərlə bulaşmış balıqlar sağlamlıq problemlərinə yol aça bilir. Bir vaxtlar özünə yetən cəmiyyət olan Tuvalu indi idxaldan asılı vəziyyətdədir.

Dəniz səviyyəsinin qalxması təkcə ekoloji deyil, həm də ədalət məsələsidir. Tuvalunun qlobal istixana qazı emissiyalarına töhfəsi demək olar ki, yoxdur. Amma iqlim böhranından ən çox zərər çəkən ölkələrdən biridir. Buna görə də Tuvalu illərdir beynəlxalq səviyyədə iqlim ədaləti mübarizəsi aparır.

2002-ci ildə Tuvalu, Avstraliya və ABŞ kimi yüksək emissiyalı ölkələrə qarşı hüquqi addımlar atmaqla hədələyib, həmçinin Kyoto protokolunun davamı sayılan Doha dəyişikliyi üçün mübarizə aparıb. 2021-ci ildə isə Antigua və Barbuda ilə birlikdə BMT-yə müraciət edərək, iqlim dəyişikliyinin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsini təmin edəcək COSIS adlı komissiyanın yaradılmasına öncülük edib. Bu təşəbbüs iki il sonra Beynəlxalq Dəniz Hüququ Məhkəməsində açılan işlə reallığa çevrildi.

Ölkə bir tərəfdən beynəlxalq arenada mübarizə apararkən, digər tərəfdən daxildə də həll yolları axtarır. Paytaxt Funafutidə sahil xətləri möhkəmləndirilib, torpaq bərpa işləri ilə ərazi bir metr qaldırılıb. Amma bu tədbirlərin məhdud təsirli olduğu da aydındır. Köç artıq real mövzuya çevrilib. Avstraliyanın təqdim etdiyi "iqlim vizası" proqramına böyük maraq göstərilir, əhalinin yarısından çoxu buna üz tutub. Buna baxmayaraq, hakimiyyət orqanları köçün yalnız "son çarə" olduğunu bildirir.

Bütün bu təhdidlərə qarşı Tuvalu təslim olmaq əvəzinə fərqli yol seçib. 2022-ci ildə o vaxtkı xarici işlər naziri Saymon Kofe ölkənin rəqəmsal olaraq yenidən qurulacağını açıqlayıb. Məqsəd, fiziki olaraq yox olsa da, Tuvalunun suverenliyini, mədəniyyətini və kimliyini rəqəmsal mühitdə yaşatmaqdır. Ölkənin bütün adalarının üçölçülü modelləri hazırlanıb, konstitusiyası yenilənib və sərhədlərinin rəqəmsal olaraq daimi olduğu elan olunub. Mahnılar, nağıllar və rəqslər belə rəqəmsal arxivlərdə qorunur.

Bu rəqəmsal dönüşüm bir çox texniki çətinliklərlə üzləşir. Ölkənin əsas gəlir mənbələrindən biri olan ".tv" domen adı icarəsi sayəsində ildə təxminən 10 milyon dollar əldə olunsa da, hələ də fiber internet infrastrukturu yoxdur. Mobil cihazlarla video izləmək çətindir, peyk interneti isə çox bahalıdır.

Tuvalu yalnız sahillərini deyil, həm də gələcəyini müdafiə etməyə çalışır. Onun fiziki varlığı təhlükə altında ola bilər, amma səsini duyurmaqda israrlıdır. Sular Tuvalunu udsa belə, rəqəmsal yaddaşı ilə dünyaya "biz var idik və buradayıq" deməyə davam edəcək.(qafqazinfo)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1538   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20 sentyabr