Qəzaya düşən qız "iPhone 14" sayəsində xilas oldu

Qəzaya düşən qız "iPhone 14" sayəsində xilas olduABŞ-də 16 yaşlı qız keçirdiyi yol qəzasında "iPhone 14"ün avtomatik olaraq "911"ə (təcili yardım) zəng etməsi sayəsində xilas olub.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında evinə qayıdarkən sükan arxasında yuxuya gedən Lindsay Leskovak qəza törədib.

Hadisə vaxtı maşından çölə atılan Leskovak ağır xəsarətlər alıb, hər iki ayağında və boyun fəqərələrində sınıqlar yaranıb.

Huşunu itirən qıza ilk yardım telefonun işə düşən "qəza aşkarlama" (crash detection) xüsusiyyəti sayəsində göstərilib. Telefon toqquşmanı aşkar edən kimi "911"ə avtomatik zəng vurub. Məlumat əsasında hadisə yerinə göndərilən təcili yardım briqadası qızı xilas edərək xəstəxanaya çatdırıb.

Leskovakın anası qızının telefonundakı bu xüsusiyyətdən xəbərsiz olduğunu bildirib. Ana bütün istifadəçilərə bu xüsusiyyətin açıq olub-olmadığını yoxlamağı tövsiyə edib.

Bəs bu xüsusiyyəti telefonda necə aktivləşdirmək olar?

Bunun üçün telefonda: "Parametrlər" > "Təcili SOS" > "Şiddətli avtomobil qəzasından sonra zəng et" seçimini "açıq" vəziyyətə gətirmək lazımdır.

"Apple"ın "Qəza aşkarlama" xüsusiyyəti aşağıdakı modellərdə mövcuddur:

- "iPhone 14" və ya daha yeni bütün "iPhone" modelləri (iOS 16 və sonrası);

- "Apple Watch Series 8" və sonrası;

- "Apple Watch SE" (2-ci nəsil);

- "Apple Watch Ultra" və sonrası (watchOS 9 və sonrası).


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1911   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021