Misir XİN başçısı və ABŞ-nin xüsusi nümayəndəsi Qəzzadakı vəziyyəti müzakirə ediblər

Misir XİN başçısı və ABŞ-nin xüsusi nümayəndəsi Qəzzadakı vəziyyəti müzakirə ediblərMisirin xarici işlər naziri Bədr Əbdül Ati və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında telefon danışığı zamanı Qəzzada atəşkəsin təmin edilməsi yolları və humanitar vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlər diqqət mərkəzində olub.

"Report" xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb.

"Tərəflər amerikalı nümayəndənin təklifləri əsasında Qəzzada atəşkəsə nail olunması istiqamətində birgə səyləri nəzərdən keçiriblər. Nazir Bədr Əbdül Ati İsrailin təklif olunan sazişə müsbət cavab verməsinin vacibliyini, bunun gərginliyin azaldılması, fələstinlilərin həyatının xilas edilməsi, humanitar yardımın çatdırılması, həmçinin əsir və girovların azad edilməsi üçün önəmini vurğulayıb", - məlumatda bildirilib.

Nazir humanitar vəziyyətin son dərəcə pisləşdiyini qeyd edib və döyüş əməliyyatlarının genişlənməsi və aclıqdan silah kimi istifadə edilməsi riskləri barədə xəbərdarlıq edib. O, həmçinin Misirin bu ilin mart ayında Qahirədə keçirilən Ərəb-İslam sammitində təsdiqlənmiş plana uyğun olaraq, atəşkəs elan edildikdən dərhal sonra Qəzzanın erkən bərpası və yenidən qurulması üzrə beynəlxalq konfrans təşkil etməyə hazır olduğunu bildirib.

Bundan əlavə, tərəflər İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə edib, danışıqların bərpası və regional sabitliyin gücləndirilməsi üçün diplomatik səylərin vacibliyini vurğulayıblar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 651   Tarix: 06 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO

Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl

16 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021