Almaniya hərbi təlim üçün Litvaya 1 000-dən çox texnika göndərib
Bundesver (Almaniya Silahlı Qüvvələri) hərbi münaqişədə Baltik dənizi regionunun müdafiəsinə yönələcək genişmiqyaslı "Quadriga-2025" təlimində iştirak üçün Litvaya 1 000-dən çox hərbi texnika göndərib.
"Report"un xəbərinə görə, bu barədə DPA agentliyi silahlı qüvvələrin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, döyüş, zirehli təmir-bərpa, tibbi yük maşınları və digər texnikanı müşayiət edən heyətlə birlikdə Rostokdan Baltik dənizi üzərindən iki yük gəmisi ilə Litvaya aparılıb. Konvoy Klaypeda limanına çatdıqdan sonra Pabrade və digər Litvanın hərbi bazalarına yollanıb.
"Quadriga-2025" təlimləri avqustun 18-dən sentyabrın 30-dək Almaniya, Litva, Finlandiya və Baltik dənizində bir neçə mərhələdə keçirilir. Təlimlərə 14 ölkədən 8 000-dən çox hərbi qulluqçu, 40 gəmi, 30 təyyarə və 1 800-dən çox texnika cəlb olunub. Manevrlərə həmçinin quru, dəniz və hava yolu ilə qüvvə və texnikanın Litvaya ötürülməsi üçün "Grand Eagle" (Böyük Qartal) təlimi də daxildir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 740 Tarix: 07 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb
ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri
16 oktyabr"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabrAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabr