Kremlin KQB-yə məxfi Qarabağ ƏMRİ - Rus general-mayor SİRLƏRİ AÇDI

Kremlin KQB-yə məxfi Qarabağ ƏMRİ - Rus general-mayor SİRLƏRİ AÇDI1983-cü ilin iyun ayından 1988-ci ilin mart ayına qədər Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) Dağlıq Qarabağ Muxtar Vilayəti bölməsinə rəhbərlik etmiş general-mayor Georgi Septa erməni millətçilərinin separatçı fəaliyyəti və Kremlin Qarabağ münaqişəsində oynadığı rolla bağlı yeni faktlar açıqlayıb.

G.Septa 1968-ci ildən KQB-də xidmətə başlayıb. 1983-cü ildə isə Qarabağa göndərilib. 1988-ci ildə Qarabağda erməni separatizmi başlayandan sonra onu KQB-nin Stavropol bölməsinə rəhbər göndərirlər.

G.Septa danışır ki, Cənubi Qafqazda Sovet hakimiyyəti qurulan zaman bir sıra subyektiv səbəblərə görə, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi yenidən aparılmışdı: "Bu gələcəkdə münaqişə və müharibəyə səbəb oldu. Qarabağ ətrafında vəziyyət 1988-ci ilin 20 fevralında kəskinləşdi. Xankəndində Qarabağın Ermənistanın tərkibinə qatılması ilə bağlı vilayət deputatları şurasının növbədənkənar sessiyası keçirildi. Moskvada DTK-nın vilayət bölməsinə əmr gəldi ki, sessiyaya mane olmayaq. Həmin vaxt DTK hələ də güclü idi, əgər əmr verilsəydi ki, mane olun, o zaman sessiya baş tutmayacaqdı. Lakin bu sessiyanın keçirilməsi görünür kiməsə sərfəli idi. Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin yerli deputatlar qrupu Qarabağın Ermənistana birləşdirilməsinin əleyhinə çıxdılar. Lakin Ermənistan Ali Soveti daha sonra Qarabağın özlərinə birləşdirilməsi haqda birtərəfli qərar qəbul etdi. Məhz bu məqam münaqişənin başlanğıc nöqtəsi oldu. Əslində Qarabağın zorla alınması ideologiyası lap əvvəldən hazırlanmışdı. Sadəcə, yenidənqurma vaxtında fəallaşdı".

G.Septa əlavə edib ki, DTK-nın muxtar vilayət bölməsindən partiyanın yuxarı orqanlarına separatçılıqla bağlı mütəmadi məlumatlar verilirdi.

"Ermənistan 1987-ci ildə Qarabağdakı ermənilər arasında fəal təbliğata başlamışdı. DTK-nın sədr müavini F.Bobkov göndərilən məlumatlara reaksiya verirdi. O, bildirdi ki, "artıq iki ildir biz Ermənistan və Azərbaycan arasında gələcək münaqişə haqda təhlükəli siqnalı veririk". Daha sonra yuxarıların göstərişi ilə Ermənistana və Dağlıq Qarabağ Muxtar Vilayətinə briqada göndərildi. Məsələ SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsində müzakirəyə çıxarılmışdı. Lakin briqada daha sonra geri çağırıldı. Heç kim münaqişənin olacağını qəbul etmək istəmirdi. Kreml rəhbərliyinin iki il ərzində ziddiyyətli siyasi xəttinin nəticəsində kədərli hadisələr oldu. 1987-ci ildə ermənilər Moskvaya ərazi məsələsi ilə bağlı çoxsaylı müraciətlər göndərirdilər. SSRİ Ali Sovetinin birmənalı reaksiya verməməsi erməniləri daha da həvəsləndirirdi. Digər tərəfdən, Moskva bu mövzunu Azərbaycan rəhbərliyi ilə müzakirə etmirdi. Ərazi iddiaları SSRİ-nin partiya və dövlət rəhbərliyi üçün gözlənilməz deyildi. Kreml Qarabağda və onun ətrafında hazırlanan separatizmi bilirdi. Hətta separatizm tərəfdarları Kremlin kabinetlərində məsləhətləşərək, radikal şüarlar hazırlayırdılar. Qarabağın Ermənistana verilməsilə bağlı açıq çıxış və kütləvi nümayişlər 1987-ci ilin noyabrında İrəvanda başlandı. Bu, bir növ məşq idi və münaqişənin siqnalı hesab oluna bilərdi. Lakin Moskva bu nümayişlərə heç bir müdaxilə etmədi və diqqət yetirmədi. 1988-ci ilin fevralından sonra isə muxtar vilayətində nümayişlər, qarşıdurmalar başlandı", - deyə o vurğulayıb.

DTK generalı qeyd edir ki, İrəvanda və Xankəndindəki hadisələr ermənilərlər azərbaycanlıların qarşıdurmasına səbəb oldu: "Daha sonra azərbaycanlılar evlərindən köçürüldü. Lakin bu faciənin ilk mərhələsi idi və baş verənlərin qarşısını almaq mümkün idi. "Yenidənqurmanın memarları" isə neytral mövqe tutaraq, faktiki olaraq, sonrakı müharibəyə rəvac verdilər".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2379   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel