Qazaxıstanda "nəhəng qapı"ya bənzər qayalıq kəşfi müzakirələrə səbəb oldu
Qazaxıstanın şərqində yerləşən Dzungarian Alatau dağlarında aşkarlandığı iddia edilən nəhəng qapı formasında qayalıq sosial şəbəkələrdə geniş müzakirə olunub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yadplanetli nəzəriyyələrindən dini yozumlara qədər bir çox iddia irəli sürülsə də, mütəxəssislər bunun təbii geoloji proseslərin nəticəsi olduğunu bildirirlər.
Daily Mail qəzetində dərc olunan məlumata görə, sosial şəbəkə Reddit-də yayımlanan 30 saniyəlik video qısa zamanda gündəmə çevrilib. Görüntülərdə karlı ərazidə hərəkət edən iki araşdırmaçının ardınca dron kamerası qalxır və dağın yamacında hündürlüyü və eni təxminən 12 metr olan, yarımdairə şəklində nəhəng "qapı"ya bənzər qayalıq üzə çıxır.
Qayalığın görüntüləri minlərlə şərh alıb. Bəzi izləyicilər onu "antik dövrdə uzaylıların izi" kimi dəyərləndirərkən, digərləri isə dini mətnlərdə adı keçən Yəcüc-Məcüc anlayışı ilə əlaqələndiriblər.
Geologiya mütəxəssisləri isə bu strukturu böyük ehtimalla təbii bir formasiya hesab edirlər. Onların sözlərinə görə, bu cür qeyri-adi görünüşlü qayalıqlar milyonlarla il davam edən geoloji proseslərin nəticəsində yarana bilir.
Hadisə hələ də "təbiət möcüzəsi, yoxsa insan ötəsi bir iz?" sualları ilə sosial şəbəkələrin ən çox müzakirə olunan mövzuları arasında qalmaqdadır.
Xalq inanclarında Yəcüc-Məcüc
Əfsanələrə görə, Yəcüc-Məcüc yer altında saxlanılan və qiyamətə yaxın meydana çıxacaq nəhəng, dağıdıcı topluluq kimi təsvir olunur. Bəzi rəvayətlərdə onlar "barbar tayfalar", digərlərində isə "insanüstü varlıqlar" kimi şərh edilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 848 Tarix: 09 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrAyağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabr