Stiven Hokinq haqlı çıxdı: Alimlər qara dəliklər haqda məşhur teoremi təsdiqlədilər
Alimlər iki qara dəliyin birləşərək nəhəng bir obyektə çevrildiyini "eşidə" biliblər. Bu hadisə məşhur fizik Stiven Hokinqin yarım əsr əvvəl irəli sürdüyü, lakin onun həyatı boyu təsdiqlənməyən teoremin ən güclü sübutu hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science" yazır.
Araşdırma Potsdamdakı Maks Plank Qravitasiya Fizikası İnstitutunun doktorantı Edrian Q. Abakın rəhbərliyi ilə aparılıb və 14 yanvarda Lazer İnterferometrik Qravitasiya Rəsədxanasının qeydlərinə əsaslanıb. Həmin gün müşahidə edilən qravitasiya dalğaları iki qara dəliyin birləşdiyini və nəticədə yaranan qara dəliyin əvvəlkindən daha böyük olduğunu göstərib.
Birləşmədən əvvəl iki qara dəliyin ümumi səth sahəsi təxminən 243 min kvadrat kilometr idi. Birləşmədən sonra yaranan vahid qara dəliyin səth sahəsi isə təqribən 400 min kvadrat kilometrə çatıb. Alimlərin sözlərinə görə, bu, Hokinqin 1971-ci ildə irəli sürdüyü hadisə üfüqü sahəsinin teoremini təsdiqləyir. O, qara dəliyin hadisə üfüqü səthinin zamanla heç vaxt kiçilməyəcəyini iddia edirdi.
"Sadə görünsə də, bu fikir çox böyük nəticələrə malikdir", – deyə araşdırmanın həmmüəllifi, Kolumbiya Universitetinin dosenti və Flatayron İnstitutunun elmi əməkdaşı Maksimiliano İsi bildirib.
Tədqiqatçılar vurğulayıblar ki, bu kəşf qara dəliklərin mahiyyətini daha dərindən anlamağa imkan verir və onların termodinamik obyektlər kimi nəzərdən keçirilə biləcəyini təsdiqləyir. Bundan əlavə, göstərilir ki, qara dəliyin daxilindəki informasiya (və ya entropiya) onun səth sahəsi ilə birbaşa mütənasibdir.
Xatırladaq ki, bundan əvvəl alimlər Yer kürəsindən 1 milyard işıq ili uzaqda yerləşən bir qalaktikada iki fövqəlnəhəng qara dəliyin eyni qaz buludunu birlikdə udduğunu müşahidə ediblər. Onların ümumi kütləsi Günəşin kütləsindən 40 milyon dəfə çoxdur.
Bu iki qara dəlik bir-birinin ətrafında fırlanır və hər 130 gündən bir yaxınlaşırlar. Məhz bu orbital hərəkət belə nadir "ortaq ziyafətə" səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1170 Tarix: 11 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb
Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına
15 oktyabrZelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ukrayna artıq ABŞ nümayəndələri ilə yeni görüşün keçirilməsi barədə danışıqlar aparır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. "Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görü
16 oktyabrYaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabr"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrİspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir
İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr
16 oktyabrİran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib
İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs
16 oktyabrBatareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir
Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır
16 oktyabr