Ölü internet nəzəriyyəsi: Hər üç nəfərdən biri saxtadır?
İnternetdə trafik son illərdə sürətlə artıb və artıq bu dəyişikliklər gözardı edilə bilməz. Amma sual budur: bu trafikin nə qədəri həqiqi insanlardan, nə qədəri isə botlardan ibarətdir? Məhz bu suala cavab axtaran "ölü internet nəzəriyyəsi" son dövrlərdə daha çox müzakirə olunur.
"Cloudflare" şirkətinin məlumatına görə, hazırda internet trafikinin təxminən 1/3-i botlar tərəfindən yaradılır. Onların əksəriyyəti birbaşa diqqət çəkmir: çünki əsasən veb-səhifələri tarayır, indeksləyir və ya süni intellekt modelləri üçün məlumat toplayırlar. Lakin sosial mediada saxta şərhlər yazan, süni intellektin danışıq və mətn üslubunu təqlid edən bot hesablar, interneti getdikcə daha "saxta" hiss etdirən hallara səbəb olur.
"OpenAI" şirkətinin qurucusu Sem Altman da bu narahatlığı bölüşür. O, keçən həftə "Anthropic"in "Claude Code" aləti ətrafında yaranmış "Reddit" icmasında bir paylaşım altında "Codex" barədə çoxlu müsbət rəylər oxuduğunu, amma bunların bot hesablar tərəfindən yazıldığı təəssüratına düşdüyünü bildirib. Altman deyib: "Süni intellekt səbəbindən "Twitter" və "Reddit" bir neçə il əvvələ nisbətən indi daha çox saxta görünür".
Altman bu ayın əvvəlində də oxşar fikir səsləndirərək demişdi: "Ölü internet nəzəriyyəsini heç vaxt ciddi qəbul etmirdim, amma indi "Twitter"də çoxlu LLM-lərlə idarə olunan hesabların olduğunu görmək olur".
Ölü internet nəzəriyyəsi nədir?
Bu nəzəriyyəyə görə, internetdəki kontentin böyük hissəsini insanlar deyil, botlar yaradır. Botlar qarşılıqlı əlaqə formalaşdırır, insanlarla ünsiyyət qurur və saxta aktivlik təsiri bağışlayır. Bu da əsasən internetdə gəlir əldə etmək üçün lazım olan "qarşılıqlı əlaqə" tələbinin nəticəsi sayılır.
Üstəlik, "OpenAI" kimi süni intellekt şirkətlərinin inkişafı ilə bu botlar artıq insanları o qədər dəqiq təqlid edə bilir ki, hətta təhlükəsizlik yoxlamalarından keçərək öz hesablarını real istifadəçilər kimi idarə edirlər. Beləliklə, internetdə qarşılaşdığımız hər üç istifadəçidən birinin bot ola biləcəyini nəzərə almaq lazımdır.(Qaynarinfo.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 508 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021