Melaniya Trampdan gözlənilməz geyim: "Birinci xanım" obrazını alt-üst etdi - FOTO

Melaniya Trampdan gözlənilməz geyim: "Birinci xanım" obrazını alt-üst etdi - FOTOAğ Evdə süni intellektin təhsildə rolu ilə bağlı işçi qrupun iclasında iştirak edən ABŞ-nin birinci xanımı Melaniya Tramp yenidən özünəməxsus geyim üslubu ilə diqqət çəkib.

Teleqraf xəbər verir ki, 55 yaşlı Melaniya tədbirə rahat və qeyri-ənənəvi üslubda - iri ölçülü zolaqlı pencək və geniş şalvardan ibarət kostyumla qatılıb.

O, obrazını sadə ağ köynək, kostyuma uyğun nazik kəmər və klassik hündürdaban ayaqqabılarla tamamlayıb.

Birinci xanım "Köhnə Hollivud" stilində makiyajı və saç düzümü ilə də diqqət çəkib.

Melaniya Tramp bir daha sübut edir ki, birinci xanım olmaq mühafizəkar və qaydalara bağlı geyim tərzi seçmək anlamına gəlmir.

Bu yanaşması onu Mişel Obama və Cil Bayden kimi sələflərindən fərqləndirir.

Stilist Liza Talbot Melaniyanın üslubunu belə xarakterizə edir: "Onun tərzi cəsarətlidir, qətiyyətli və hətta ziddiyyətlidir. Məhz bu keyfiyyətlər onu dünya miqyasında yaddaqalan və müzakirə olunan fiqura çevirib".

Melaniya Trampdan gözlənilməz geyim: "Birinci xanım" obrazını alt-üst etdi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3183   Tarix: 14 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi

"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək"​. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış

10 sentyabr
.

Rusiya Ukraynaya məxsus 777 pilotsuz təyyarəni vurub

Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Voronej, Tula, Ryazan, Lipetsk, Nijni Novqorod, Saratov, Rostov, Samara vilayətləri, Perm diyarı, Mari El Respublikası, Krım, Udmurtiya Respublikası əraziləri, eləcə də Qara və Xəzər dənizlərinin suları üzərində Ukraynay

11 sentyabr
.

İsrailin müdafiə naziri İranı üçüncü zərbə ilə hədələdi

İsrailin müdafiə naziri İsrael Katz bazar günü Baş nazir Binyamin Netanyahu ilə birlikdə Suriya tərəfindəki Hermon dağında İsrail əsgərlərini ziyarət edərkən İsrail qoşunlarının Suriyanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcəyini bildirib. xəbər verir ki, bu barədə "France-Presse"

10 sentyabr
.

Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib

Yəmənin hökumət qüvvələri bu gün Qırmızı dənizdəki Moxa liman şəhərində husilərə zərbələr endirib. "Report" "Al-Arabia"ya istinadən xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb. Məlumata görə, Silahlı Qüvvələr texnika və silahları məhv edib, həmçinin husi qruplaşmasını

12 sentyabr
.

Putin Hindistana gedir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə

10 sentyabr
.

Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"

Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb. -a istinadən xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edib ki, valideynlər

10 sentyabr
.

Gələcək kraliça universitetə başladı: İmtahan vermədən qəbul edildi

Təkcə atasının deyil, əcdadlarının da imtiyazından yararlanıb: imtahansız universitetə qəbul oldu. "Onun bu məktəbə gəlməsi narahatlıq yaradır". Son dövrlərdə dünyanın ən çox diqqət göstərdiyi şəxslərdən biri şahzadə Leonordur. Yəni İspaniya kralı Felipe ilə kraliça Letisiyanın böyük qızı

9 sentyabr
.

Çində yük gəmisində baş verən yanğında azı 20 nəfər ölüb

Çinin Sindao limanında lövbər salmış yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb, 5 nəfər isə itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" Çinin dövlət mediasına istinadən məlumat yayıb. "Xinhua" agentliyinin yaydığı fotoya əsasən

10 sentyabr
.

Şimali Koreya ABŞ, Cənubi Koreya və Yaponiya hərbi təlimlərindən sonra bir neçə ballistik raket atıb

Şimali Koreya şənbə günü dənizə bir neçə ballistik raket atıb. xəbər verir ki, raket buraxılışları ABŞ, Cənubi Koreya və Yaponiya arasında üçtərəfli hərbi təlimlərin başa çatmasından bir gün sonra baş verib. Pxenyanın bu təlimləri öz təhlükəsizliyinə təhdid kimi gördüyü bildirilir. Cənubi Koreya ordus

12 sentyabr