Bal ayını korlaya biləcək 1 nömrəli səhv
Amerikalı psixoloq Mark Trevers cütlüklərin bal ayı zamanı ən çox buraxdıqları səhvlərdən birini açıqlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun Forbes üçün yazdığı məqalədə izah etdiyi kimi, bu səhv "Abilene paradoksu" adlanan vəziyyətlə bağlıdır. Bu paradoks o zaman ortaya çıxır ki, siz əslində istəmədiyiniz bir şeyi yalnız tərəfdaşınızın bunu istədiyini düşündüyünüz üçün edirsiniz.
"Bu fenomen adətən qrup dinamikası ilə izah olunur, amma münasibətlərdə də özünü göstərə bilər. Əgər diqqətli olmasanız, bu paradoksa düşmək romantik tətili heç kimin həqiqətən zövq almadığı yarımçıq və məcburi hadisələr zəncirinə çevirə bilər".
Bal ayında necə özünü göstərə bilər?
Psixoloqun sözlərinə görə, bal ayı zamanı Abilene paradoksu sizin əslində xoşunuza gəlməyən fəaliyyətlərlə günlərinizi dolduranda ortaya çıxır:
"Məsələn, tərəfdaşınızın bunu istədiyini düşündüyünüz üçün səhər tezdən gəzintiyə getməyə razılıq verirsiniz, halbuki o da sizin kimi yatmaq istəyir. Bu, hər nə qədər bir-birinizə xoş gəlmək istəyi ilə edilsə də, zamanla narazılıq yığır və romantik təcrübə əvəzinə uzaqlaşma hissi yaradır".
Treversin tövsiyə etdiyi iki çıxış yolu
Gözləntiləri əvvəlcədən müzakirə edin
Səyahətə çıxmazdan əvvəl bir-birinizin istəklərini və planlarını açıq şəkildə danışmaq balanslı və hər ikiniz üçün xoş bir proqram yaratmağa kömək edir.
Dəyişikliklər üçün yer saxlayın
Hər səfərdə planların dəyişə biləcəyini nəzərə alın. Müəyyən vaxtlarda dayanıb bir-birinizdən özünüzü necə hiss etdiyinizi soruşun. Hər şeyə razılaşmaq məcburi deyil əsas odur ki, hər iki tərəf həzz alsın.
"Bal ayınız toydan əvvəlki aylarda yorucu hazırlıqlardan sonra istirahət vaxtıdır. Açıq ünsiyyətə və bir-birinizin ehtiyaclarına diqqət yetirməyə önəm verin… Bal ayını başqalarının etdiyinə görə deyil, hər ikinizin istəklərinə uyğun planlaşdırın".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 670 Tarix: 15 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabr