Ana əlindən alınan əkizlərinə 45 il sonra QOVUŞDU

Ana əlindən alınan əkizlərinə 45 il sonra QOVUŞDUÇilidə 1979-cu ildə əkiz qızları oğurlanan qadın 45 il sonra ilk dəfə onlarla görüşüb. 64 yaşlı Mariya Veronika Soto ilə onun qızları Mariya Beatrisa və Adeliya Rouz Mereu Çessa arasında emosional görüş Biobio vilayətindəki Konsepsion şəhərində baş tutub. 46 yaşlı əkizlər böyüdükləri İtaliyadan Çiliyə qayıdıblar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Soto bildirib ki, qızlarını sonuncu dəfə səkkiz aylıq olduqları vaxt görüb. Əkizlər Çilidə övladlığa götürüldüklərini bilsələr də, analarını xatırlamayıblar.

1979-cu ildə, Pinoçetin ABŞ-ın dəstəklədiyi faşist diktaturası dövründə, 19 yaşlı Soto Biobio vilayətinin Ualpen şəhərində əkiz qız övladı dünyaya gətirib. Qızları səkkiz aylıq olanda o, adi həkim müayinəsinə aparıb və ona uşaqların əlavə müayinə üçün qalmalı olduğu deyilib. Ona tibbi yardım və qida vəd edilib. Lakin az sonra dövlət klinikası uşaqları əlindən alıb və onları düzgün qidalandırmamaqda ittiham edib. Polisə müraciət edən Sotoya məhkəməyə getmək tapşırılıb. Məhkəmədə uşaqların italyan cütlüyə övladlığa verildiyini öyrənib. Daha sonra məlum olub ki, doğum şəhadətnamələrində dəyişiklik edilib və valideynlərin qeydiyyata gəlmədiyi yazılıb.

Rəsmilərin sözlərinə görə, Pinoçet diktaturası dövründə (1973–1990) minlərlə körpə analarından alınaraq əsasən ABŞ və Avropadakı ailələrə satılıb. Çilidə onlara "Sükut Uşaqları" deyilir. Körpələr ya kasıb qadınlardan zorla alınıb və qanunsuz övladlığa götürmə agentliklərinə satılıb, ya da bəzən ailə üzvləri həkim və ruhanilərlə sövdələşərək doğumu gizlədiblər. Çox hallarda cinayət işlərinin müddəti bitib, yaxud günahkarlar dünyasını dəyişib. O vaxt öz hüquqlarını müdafiə etmək həbs və ya daha ağır cəza ilə nəticələnə bilərdi.

Soto deyib: "İndi qadınlara qulaq asırlar. O vaxt qulaq asmırdılar. Biz indiki kimi açıq danışa bilmirdik".

Sotonun qızlarını tapmaq yolu 2020-ci ildə başlayıb. O, "Nos Buscamos" ("Biz bir-birimizi axtarırıq") adlı Çili QHT-si ilə əlaqə saxlayıb. Təşkilatın rəhbəri Konstansa del Rio ona dərhal DNT testi etməyi tövsiyə edib. Soto nümunəni ABŞ-da "My Heritage" platformasının idarə etdiyi DNT bankına göndərib.

2024-cü ilin martında qızlarından birinin oğlu (Sotonun nəvəsi) də DNT testi edib və nəticədə nənəsini tapıb. 20 dəqiqə sonra onlar artıq onlayn danışıblar.

Konstansa del Rio deyir ki, ölkə üzrə 25 minə qədər belə hadisə ola bilər. Onların təşkilatı son 11 ildə 600 bioloji valideyn və uşağın məlumat bazasını toplayıb.

Soto bildirir ki, heç vaxt ümidini itirməyib. Qızlarına qucaq açarkən onlara "Ana həmişə sizi axtarıb" deyib. Qızlar 10 sentyabrda İtaliyadan Çiliyə uçub və Konsepsionda onlarla ailə, jurnalistlər və məmurlar görüşdə iştirak edib. Soto italyanca bilmir, qızlar da hələ ispan dilini öyrənməlidir, lakin onların hislərinə tərcümə lazım olmayıb.

Soto deyir ki, həm onun Çilidəki ailəsi, həm də İtaliyadakı övladlığa götürən ailə aldadılıb. O, yarım əsrlik ayrılığa baxmayaraq, özünü xoşbəxt sayır və digər analara ümidlərini itirməməyi tövsiyə edir: "Döyün qapıları, çünki texnologiyalar sayəsində imkanlar indi daha çoxdur".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 861   Tarix: 17 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021