Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu keçmiş arvadının tələb etdiyi bütün əmlakı qaytarmalıdır.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi bu barədə yekun qərar çıxarıb.
Bir neçə ay əvvəl H.Pənahova əri Məhəmməd Pənahov tərəfindən fiziki şiddətə məruz qalması barədə məlumatlar yaydı. Sonradan oğul Pənahov razı olmasa da, məhkəmə cütlüyün boşanmasına qərar verdi.
Amma həmin vaxt birgə nikah dövründə alınmış əmlak məsələsi həll edilməmiş qalmışdı. Gəlin Pənahova qiyməti 300 min manat təşkil edən qızıl-zinət əşyaları, bahalı kürklər və digər geyimlərini geri ala bilmədiyi, keçmiş əri isə boşanmaq istəmədiyi üçün apellyasiya şikayətləri verdilər.
Bakı Apellyasiya Məhkəməsi əvvəlcə Məhəmməd Pənahovun boşanma qərarına qarşı şikayəti araşdırıb, lakin şikayət təmin edilməyib.
H.Pənahovanın əmlak tələbi isə əsaslı hesab edilib. Nəticədə 300 min manatlıq əşyaların Məhəmməd Pənahovdan alınıb keçmiş arvadına qaytarılması barədə yeni qətnamə çıxarılıb.
Qeyd edək ki, H.Pənahova Məhəmmədlə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, insidentlərdən birində bətnindəki övladını itirib. 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2395 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə
16 sentyabrŞərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
3 sentyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabrDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrMirasdan məhrum edilən Türkan Gündüzün əri imiş
Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd
14 oktyabrBakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
5 oktyabr