66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı
66 yaşlı nənə "Miss Universe Japan" müsabiqəsinin finalına çıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, nüfuzlu "Miss Universe Japan" gözəllik müsabiqəsinin finalına üç nəvəsi olan bir nənə çıxıb. Finalistlərdən biri Tokiodan olan 66 yaşlı Dzunko Sakai olub.
O, ölkənin 42 əsas gözəlindən biri seçilib. Sakai 30 ildən çox evdar qadın kimi yaşayıb və üç övlad böyüdüb. 2023-cü ildə "Miss Universe" müsabiqəsində yaş məhdudiyyətlərinin ləğv olunduğunu öyrənib və öz gücünü sınamaq qərarına gəlib. Qadın əvvəlcə digər iştirakçıların ona yuxarıdan aşağı baxacağından və ya soyuq münasibət göstərəcəyindən narahat idi. Lakin Sakainin sözlərinə görə, qızlar onunla həmyaşıd kimi davranıblar və bu, onu çox sevindirib.
Sakai etiraf edib ki, bəzi rəqs hərəkətlərini və çıxış mətnlərini unudub. Bundan əlavə, təşkilatçılar ona müəyyən güzəştlər ediblər: məsələn, ona bikini əvəzinə bağlı çimərlik geyimində çıxış etməyə icazə verilib. Amma corablarla çıxış etməsinə icazə verilməyib. Müsabiqənin qalibi 21 yaşlı Kaori Haşimoto olub. Lakin Sakaiyə həmrəylik və mehribanlığına görə iştirakçıların səsi ilə verilən "Miss Congeniality" ("Ən səmimi və mehriban iştirakçı") mükafatı təqdim edilib. Sakai bildirib ki, yaşlı yaponların da cəmiyyətin bir parçası olduqlarını göstərməkdən məmnundur, çünki onların "həyatın kənarında qaldıqlarını" düşünür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1003 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrBakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind
3 oktyabr