İkinci əl maşın bazarında canlanma olacaq - Ekspert
Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. Müddət 2026-cı ilin yanvarın 1-dək nəzərdə tutulub. Həmin müddətin uzadılıb-uzadılmayacağına dair dəqiq məlumat isə hələlik yoxdur.
Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, hibrid avtomobillərin dövrü tədricən başa çatsa da, elektrikli avtomobillərin inkişafının davam edəcəyi gözlənilir.
"Azərbaycanda 2030-cu ilə qədər Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlərin 5-ci maddəsi - "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" adlanır. Bu istiqamətdə artıq ciddi addımlar atılıb. Elektrikli avtomobillər üçün yeni infrastruktur qurulub: istər "Azərişıq" ASC, istərsə də 10-dan çox özəl şirkət tərəfindən elektrik doldurma məntəqələri istifadəyə verilib".
O həmçinin bildirib ki, belə bir şəraitdə, şəxsi proqnozuna əsaslanaraq deyə bilər ki, elektrikli avtomobillərin dövrünün sona çatacağına inanmır:
"Əksinə, bu istiqamətdə inkişaf davam edəcək. Hibrid avtomobillərin bazardan çəkilməsi isə qısamüddətli dövrdə daxili yanma mühərrikli yeni avtomobillərə olan marağı bir qədər artıra bilər".
Həmsöhbətimiz onu da əlavə edib ki, ikinci əl bazarında da müəyyən canlanma müşahidə oluna bilər:
"Bununla yanaşı, avtomobil parkının yenilənməsi istiqamətində aparılan işlər davam etdirilir. Köhnə avtomobillərin utilizasiyası, vətəndaşların artıq köhnə nəqliyyat vasitələrindən imtina etməsi bu prosesi sürətləndirir".
E.Əliyev bu cür təşəbbüslərin daha da genişlənəcəyinə ümidləndiyini də vurğulayıb:
Mən ümid edirəm ki, qərardan asılı olmayaraq avtomobil parkının yenilınməsi istiqamətində gedən işlər dayanmayacaq. Bunu əminliklə deyə bilərəm ki, istənilən halda avtomobil parkımızın yenilənməsi istiqamətində addımlar atılır. İstər elektrikli, istər hibrid, istərsə də daxili yanma mühərrikli avtomobillər olsun – əsas odur ki, ölkəmizin avtomobil parkı müasir tələblərə cavab verəcək şəkildə yenilənməkdə davam edir",- deyə o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 837 Tarix: 21 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO
Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə
11 sentyabr 2021Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR
Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ
14 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Bu ölkədə borşa abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun
10 sentyabr 2021Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO
İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid
16 sentyabr 2021Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021