Kraliçanın son sirri: alimlər Kleopatranın məzarının izinə düşdülər

Kraliçanın son sirri: alimlər Kleopatranın məzarının izinə düşdülərTədqiqatçılar, o cümlədən "Titanik"i tapan məşhur xəzinə axtarıcısı Bob Ballard, Kleopatra və Mark Antoninin dəfn yerinin tapılmasına heç vaxt olmadığı qədər yaxın olduqlarını bildiriblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, Aralıq dənizində, qədim Taposiris-Maqna şəhərinin yaxınlığında, İsgəndəriyyədən 30 mil məsafədə yerləşən su altında qalmış limanın kəşfi sayəsində mümkün olub.

Niyə məhz bu yer?

Arxeoloqlar, Kətlin Martinesin rəhbərliyi ilə, təxminən 12 metr dərinlikdə liman aşkarlayıblar. Bir vaxtlar bu liman ölüm tanrısı Osirisinə həsr olunmuş məbəd ilə bağlı olub. Bu kəşf son dərəcə vacibdir. Çünki hələ 2022-ci ildə Martinesin komandası məbədin xarabalıqları altında 1200 metrlik tunel tapmışdı. Bu tunelin gizli bir şəbəkənin bir hissəsi olduğu və birbaşa yeni tapılmış limana aparıldığı güman edilir.

Martinesin ehtimalına görə, eramızdan əvvəl 30-cu ildə Mark Antoni ilə birlikdə intihar edən Kleopatra dəfnini elə planlaşdırmışdı ki, romalılar onların cəsədini tapa bilməsinlər. Buna görə də o, özünü axirət həyatında təhlükəsiz hiss edəcəyi yeri — Osiris məbədini — seçib.

Qazıntı yerində nə tapılıb?

Su altında qalmış limanda arxeoloqlar sütunlar, cilalanmış daş döşəmədən parçalar və şərab küpləri — amforalar aşkar ediblər. Bu, burada fəal həyatın mövcudluğunu göstərir. Misir Turizm Nazirliyi bunu qədim dəniz fəaliyyətinin sübutu adlandırıb.

Tarixin ən qüdrətli kraliçalarından biri sayılan Kleopatra gözəlliyindən məqsədlərinə çatmaq üçün istifadə etməsi ilə tanınır. O, Roma imperiyasının ən nüfuzlu kişiləri — Yuli Sezar və Mark Antoni ilə məhəbbət münasibətində olub.

Kətlin Martinesin sözlərinə görə, 2000 illik axtarışlardan sonra onlar ilk dəfə bu qədər yaxınlaşıblar. Onun iddiasına görə, indi bu, sadəcə zaman məsələsidir və Kleopatranın məzarı tapılacaq. Bu kəşf haqqında yeni sənədli film — "Kleopatranın son sirri" — 25 sentyabrda National Geographic kanalında yayımlanacaq.

Xatırladaq ki, "Taxtlar Oyunu" və "Dune" seriallarının qəddarlıq və əxlaqsızlığın zirvəsi olduğunu düşünənlər Misirə 323-dən eramızdan əvvəl 30-cu ilə qədər hökmranlıq edən Ptolemeylər sülaləsinin real dünyası ilə tanış olmalıdırlar. Qədim tarix professoru Loyd Levellin-Cons yeni kitabında — "Kleopatralar, Misirin unudulmuş kraliçaları" — oxucunu siyasi intriqalar, qətllər, qohum evlilikləri və hədsiz dəbdəbə ilə dolu bir dünyaya aparır və burada reallıq hər cür uydurmanı üstələyir.

Bundan əvvəl xəbər verilmişdi ki, qrafik mütəxəssisləri Misirdə Fironlar Vadisini quran və Qədim Misir tarixini dəyişən fironun üzünü canlandırıblar. XVIII sülalənin ikinci hökmdarı olan I Amenhotep-in təxminən 3500 il əvvəl 35 yaşında vəfat etdiyi, sonra isə diqqətlə mumiyalaşdırıldığı güman olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 708   Tarix: 21 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr