"Telegram" mesenceri "iOS 26" üslubunda yenilənəcək

"Telegram" mesenceri "iOS 26" üslubunda yenilənəcək"Telegram" mesencerində "Apple" tərəfindən "iOS 26" ilə birlikdə təqdim olunan "Liquid Glass" dizayn kodunun tətbiqi üzərində işləyir.

Oxu.Az xəbər verir ki, bu barədə "Kod Durova" nəşri məlumat yayıb.

Jurnalistlər mesencerin versiyalarından birində şüşə və yarımşəffaf interfeys elementlərindən istifadə edən yeni dizayn aşkar ediblər.

Mesencerin redizaynı son illərdə ən diqqətçəkənlərdən biri olacaq. Bununla belə, yeniləmənin buraxılış tarixi hələ dəqiqləşdirilməyib.

Daha çox hesablama gücü tələb edən yeni vizual həllər və animasiyaların qadcetlərin batareyasının ömrünə nə qədər təsir edəcəyi məlum deyil.

Yeni "Liquid Glass" dizaynını özündə əks etdirən "iOS 26" "iPhone 11", "iPhone SE" (2020) və daha yeni modellər üçün sentyabrın 15-də buraxılıb. Üçüncü tərəf proqram tərtibatçılarının öz xidmətlərində "Apple"ın yeni dizayn kodunu daha fəal şəkildə tətbiq etmələri gözlənilir. Yeniləmə yeni "Apple" smartfonları: "iPhone 17", "iPhone 17 Pro", "iPhone 17 Pro Max" və "iPhone Air" ilə birlikdə təqdim edilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 418   Tarix: 21 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polis məmuru evində ölü tapılıb

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda İlçe Polis İdarəsində 16 ildir texnik köməkçisi kimi çalışan 58 yaşlı Rəcəb Kirən evində ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə onun səhər işə gəlməməsi və telefon zənglərinə cavab verməməsindən sonra üzə çıxıb. Narahat olan iş yoldaşlar

3 iyun
.

Keçmiş hakim və idman şərhçisi həbs oluna bilər

İdman şərhçisi və keçmiş hakim Erman Toroğlu "Qalatasaray" haqqında televiziya kanalında verdiyi açıqlamalara görə "açıq şəkildə yanlış məlumat yaymaqda" ittiham olunur və üç ilə qədər həbs cəzası ilə üzləşə bilər. -ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul Baş Prokurorluğ

2 iyun
.

Saxarada tapılan meteorit sirləri açır: Məhv olmuş qədim planetin parçası ola bilər

Saxarada aşkar edilən NWA 12774 meteoritinin Günəş sisteminin formalaşdığı ilkin dövrlərdə məhv olmuş qədim bir protoplanetin fraqmenti ola biləcəyi müəyyən edilib. bu barədə "Sci.News" nəşrinə istinadən xəbər verir. Alimlər bu qənaətə kosmik daşın qeyri-adi mineral tərkibini araşdırdıqda

5 iyun
.

Dolab dizaynında son trend və yeniliklər nələrdir?

Müasir dolab dizaynları klassik yanaşmadan fərqli olaraq daha sadə, daha praktik və daha funksional həllər təqdim edir. İstifadəçilər artıq yalnız gözəl görünən deyil, həm də əsas ehtiyacları qarşılayan modellərə üstünlük verirlər. Dizaynerlər isə estetik görünüşlə funksionallığı birləşdirərək daha raha

5 iyun
.

Xörək duzunun orqanizmə təsiri: Gündəlik norma nə qədər olmalıdır?

Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O, maddələr mübadiləsi proseslərində, həmçinin sinir sisteminin, əzələlərin fəaliyyətində və orqanizmdə su balansının tənzimlənməsində mühüm rol oynayır. xəbər verir ki, bu barədə "T-online" portalında dərc olunan materiald

5 iyun
.

Almaniyada ilk robotaksilər işə salınacaq

"Uber", "Nvidia" və "Autobrains" şirkətləri Almaniyanın Münhen şəhərində sürücüsüz robotaksi xidmətini istifadəyə verməyi planlaşdırdıqlarını elan ediblər. xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine" nəşri məlumat yayıb. Bildirilir ki, yeni xidmət "Uber"i

2 iyun
.

Bir vaxtlar evlilik proqramlarının məşhur iştirakçısı indi dinlə məşğuldur

Türkiyədə bir dövrün ən çox müzakirə olunan evlilik proqramlarının tanınmış iştirakçılarından olan Birkan Key ekranlardan uzaqlaşdıqdan sonra həyatında ciddi dəyişikliklər edib. Televiziya proqramlarının yayımının dayandırılmasından sonra ictimaiyyət qarşısında görünməyən Key həm biznes fəaliyyətin

5 iyun
.

Ən qəzəbli qadınlar hansı ölkədə yaşayırlar?

Böyük Britaniyada yaşayan qadınlar qəzəb hissinin yaranma tezliyinə görə Avropada birinci yerdədirlər. xəbər verir ki, bu barədə məlumat "The Independent" nəşrinin "Hologic" Qlobal Qadın Sağlamlığı İndeksinə istinadən yayımlanıb. Sosioloqlar layihə çərçivəsində 76 mindən çox iştirakçını

5 iyun
.

Bu resepti bilənlər artıq dondurma almır

Yay mövsümündə həm uşaqların, həm də böyüklərin sevimlisi olan dondurmanı ev şəraitində hazırlamaq mümkündür. Bunun üçün xüsusi avadanlığa və ya çoxlu ərzağa ehtiyac yoxdur. xəbər verir ki, ən sadə üsullardan biri bananlı dondurma hazırlamaqdır. Bunun üçün 2-3 ədəd yetişmiş bananı doğrayaraq bir neç

6 iyun