Moskvadan İrəvana "Qarabağ hədiyyəsi": Kremlin YENİ OYUNU

Moskvadan İrəvana "Qarabağ hədiyyəsi": Kremlin YENİ OYUNURusiya xarici işlər naziri Sergey Lavrovun dünən Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdə Dağlıq Qarabağla bağlı açıqlaması diqqət çəkdi.
Lavrov "Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupu formatının alternativi yoxdur" deyə bildirib.

Minsk qrupunun 20 ildən artıq dövr ərzində münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş əldə etməməsi fonunda rəsmi Bakı bu formatın səmərəsiz olduğu tezisini irəli sürür. İrəvan isə mövcud-statusun saxlanılmasına şərait yaradan bu formatı israrla dəstəkləyir. Bu baxımdan, Lavrovun Nalbandyanla görüşdə İrəvanın mövqeyinə yaxın fikirlər səsləndirməsinin səbəbləri maraqlıdır.

Son dövrlər Bakı və Moskva arasında Qarabağ məsələsi ilə bağlı narazılıqlar aydın görünür. Lavrovun 2017-ci ilin başlanğıcında səsləndirdiyi fikirlər buna sübutdur. Eyni zamanda, Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin Bakıya ekstradisiyası Moskvada ciddi narazılıqla qarşılandı və ikitərəfli münasibətlərdə müəyyən soyuqluğa səbəb oldu. Lavrovun bütün bunların fonunda İrəvana yaxın mövqe sərgiləməsi təsadüfi deyil.

Lakin Dağlıq Qarabağ münaqişəsini öz inhisarında saxlamaq üçün uzun illər mübarizə aparan Moskvanın Minsk qrupuna alternativ görməməsini rəsmi şəkildə açıqlamasına təkcə Bakı ilə yaranmış soyuqluq səbəb ola bilməz. Deməli, burada daha başqa nələrsə var.

Bu gün Rusiya vətəndaşlarının daxili pasportlarla Ermənistana gedə bilməsi haqda ikitərəfli razılaşma qüvvəyə minir. Lavrov Nalbandyanla görüşdə bunu sevinclə dilə gətirdi. Nalbandyan isə bunun ölkəsinin turizm sektorunda canlanmaya səbəb olacağını deyib.

Rusiya bu addımı ilə Avropa İttifaqında mövcud olan "Şengen" vizasının prototipini yaratmaq niyyətindədir. Təsadüfi deyil ki, Rusiya Dövlət Dumasının MDB ilə iş komitəsinin sədr müavini Konstantin Zaltuin dünən "Avrasiya İqtisadi İttifaqı ölkələri üçün vahid vətəndaşlıq yaradılsın" təklifi ilə çıxış etdi.

Avrasiya İqtisadi İttifaqı daxilində müşahidə olunan narazılıqlar fonunda Ermənistanın bu razılaşmaya imza atması Moskva tərəfindən qiymətləndirilməli idi.

Bu proseslər fonunda bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" sakinlərinin pasportlarının tanınması haqda fərman imzalaması da diqqət çəkir. Moskva istəyir ki, Ermənistan Donetsk və Luqansk pasportlarını daşıyan şəxslərin ölkəyə girişinə icazə versin. Hansı ki, Belarus rəsmi şəkildə təsdiqləməsə də, bunu edir. Minsk və Moskva arasında Rusiya vətəndaşlarının daxili pasportla Belarusa girişinə imkan verən razılaşma mövcuddur. Bu razılaşma ilə Luqansk və Donetsk sakinləri də Belarusa gedib-gələ bilir. Rusiya eyni şeyi İrəvandan da istəyir və hesab etmək olar ki, razılaşmanın qüvvəyə minməsi ilə Ermənistan buna da imza atıb.

Bu baxımdan, Nalbandyanla görüşdə Lavrovun Qarabağ açıqlaması Ermənistana hədiyyə idi.

Ukraynadakı separatçıların qəbulu, gələcəkdə Qarabağdakı separatçılarınn da Avrasiya İqtisadi İttifaqı ölkələrinə ayaq açmasına səbəb ola bilər. Hesab etmək olar ki, Rusiyanın gələcək planlarında bu da var.

Mənbə: pubika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3610   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər. xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

4 may
.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may