KİV: İran yeni yeraltı nüvə obyekti inşa edir
ABŞ və İsrailin birgə zərbələrindən sonra İran Natanz şəhəri yaxınlığında strateji əhəmiyyətli yeni yeraltı kompleksin tikintisini sürətləndirib.
Oxu.Az xəbər verir ki, "Washington Post" qəzetinin peyk görüntüləri və ekspert rəylərinə əsaslanaraq yaydığı məlumata görə, Küləng dağı altında inşa edilən bu obyekt daha əvvəl bombalanmış Fordo nüvə obyektindən də dərində yerləşir.
Analitiklərin qiymətləndirməsinə görə, obyektin dərinliyi 70-100 metr arasında dəyişir. Yeni obyektin bu qədər dərin tikilməsi onun hava zərbələrinə qarşı daha dayanıqlı olması ilə izah olunur.
Ekspertlər vurğulayıblar ki, bu tikinti İranın nüvə proqramını davam etdirmək və eyni zamanda xarici müdaxilələrə qarşı əlavə təhlükəsizlik təmin etmək məqsədi daşıyır.
Bu kompleksin nə zaman tam hazır olacağı və hansı məqsədlə istifadə ediləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 529 Tarix: 28 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir
Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış təbiət hadisələrindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, bu hadisə okeanı
6 avqustİsrail Livanın cənubunda Hizbullah terror təşkilatının hədəflərini bombaladı
İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus olduğunu bildirdiyi hərbi infrastruktur və silah anbarlarına qarşı yeni hava zərbələri endirib. Hücumlar son günlər sərhəddə artan gərginlik fonunda həyata keçirilib. ABC News-a istinadən xəbər verir ki, İsrail hərbçilərinin açıqlamasın
7 avqustMakQreqor əməliyyat olunub
Mütləq Döyüşçü Çempionatının (UFC) keçmiş çempionu - irlandiyalı əlbəyaxa döyüş sənətləri ustası Konor MakQreqor ayağından uğurlu əməliyyat olunub. xəbər verir ki, bu barədə o, özü "Instagram" səhifəsində məlumat verib. "Əməliyyat ideal keçib. Mən buna əminəm", -deyə MaqQreqor yazı
6 avqustBöyük Britaniya Rusiyaya qarşı sanksiyalar paketini genişləndirir
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketinə altı tanker daxil edib. -ın İnterfaks agentliyindən əldə etdiyi məlumata görə, bunu Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin (OFSI) hesabatı sübut edir. Hesabatda deyilir ki, mayeləşdirilmiş təbii qaz tankeri Arctic Expres
6 avqustAssociated Press: "Taylandda məktəbə silahlı hücum - azı 7 nəfər ölüb
Taylandın Nonthaburi əyalətində yerləşən məktəblərdən birində baş verən silahlı hücum ölkədə böyük rezonans doğurub. Hücum nəticəsində azı 7 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Hadisəni törədən yeniyetmə daha sonra özünə atəş açaraq intihar edib. Associated Press yazır ki, hücumdan əvvə
7 avqust