İki yaşlı qızı ilahə seçdilər
Nepalda 2 yaş 8 aylıq Aryatara Şakya, yeni Kumari – "bakirə tanrıça" seçilib. O, əvvəlki Kumariyə əvəz olub. Ənənəyə görə, əvvəlki Kumari yetkinlik yaşına çatdıqda adi bir insan kimi həyatına davam edir.
Sonxeber.az lent.az-a istinadla bildirir ki, Kumari adətən Katmandu vadisinin yerli sakinləri olan Nevar icmasının Şakya klanından seçilir və həm hinduistlər, həm də buddistlər tərəfindən hörmətlə qarşılanır.
Qız uşaqları 2-4 yaş arasında seçilir və onların dərisi, saçları, gözləri, dişləri qüsursuz olmalıdır. Həmçinin onlar qaranlıqdan qorxmamalıdırlar.
Bu ayın əvvəlində keçirilən İndra-Catra festivalı zamanı əvvəlki Kumari möminlərin çiynində daşınan taxta arabada gəzdirilmişdi. Kumari həmişə qırmızı geyinir, saçlarını başının üstünə topuz şəklində yığır və alnında "üçüncü göz" təsviri çəkir.
Həftəlik İndra-Catra festivalı daha böyük bayramlar silsiləsinin başlanğıcıdır: Daşain (xeyirin şər üzərində qələbəsi şərəfinə keçirilən əsas bayram) və oktyabr ayında qeyd olunan Tihar yaxud Divali (işıqlar festivalı).
Çərşənbə axşamı insanlar Daşain bayramının 15 günlük qeyd etmələrinin səkkizinci gününü ailəliklə təntənəli şəkildə keçiriblər. Bu münasibətlə dövlət idarələri və məktəblər bağlı olub. Ailə, dostlar və dindarlar yeni seçilmiş Kumari-ni Katmandu küçələrindən müşayiət edərək məbəd sarayına gətiriblər. Orada o, bir neçə il yaşayacaq.
Möminlər onun ayaqlarına alınlarını toxundurmaq üçün növbəyə düzülüblər. Bu, Himalaylarda hinduistlər arasında ən ali hörmət nişanəsi sayılır. Onlar Kumari-yə gül və pul hədiyyələri təqdim ediblər. Cümə axşamı isə yeni Kumari ölkə prezidentinin də daxil olduğu möminləri xeyir-dua ilə mübarəkləyəcək.
"Dünən o, sadəcə mənim qızım idi, amma bu gün artıq ilahədir", —onun atası Ananta Şakya bildirib. Onun sözlərinə görə, qızının ilahə olacağının əlamətləri hələ doğulmazdan əvvəl görünmüşdü. "Hamiləlik zamanı yoldaşıma tez-tez yuxuda o, ilahə kimi görünürdü və biz bilirdik ki, qızımız tamamilə xüsusi biri olacaq", — deyə o əlavə edib.
Əvvəlki Kumari, hazırda 11 yaşı olan Trişna Şakya məbədi ailəsi və tərəfdarlarının daşıdığı taxtda gizli qapıdan tərk edib. O, 2017-ci ildə "canlı ilahə" seçilmişdi.
Şakya klanına mənsub ailələr bu prestijli mövqe uğrunda bir-biri ilə rəqabət aparırlar. Qeyd edilir ki, Kumari-nin ailəsi cəmiyyətdə və öz klanında yüksək status əldə edir.
Lakin Kumari həyatı çox məhduddur. Onların oyun yoldaşları az olur, küçəyə çıxmalarına isə ildə yalnız bir neçə dəfə, əsasən bayramlarda icazə verilir. Keçmiş Kumari-lər adi həyata uyğunlaşmaqda çətinlik çəkirlər: ev işləri öyrənmək, adi məktəbdə təhsil almaq onlar üçün asan olmur.
Nepal folkloruna görə, keçmiş Kumari ilə evlənən kişilər tez ölürlər. Buna görə də bir çox qızlar subay qalırlar.
Son bir neçə ildə ənənələrdə bir çox dəyişikliklər baş verib və indi Kumari-yə məbəd sarayında xüsusi müəllimlərin dərs keçməsi, hətta televizora sahib olması da icazə verilir.
Həmçinin, hökumət artıq "təqaüdə çıxmış" Kumari-lərə kiçik bir aylıq pensiya verir — təxminən 110 ABŞ dolları. Bu məbləğ hökumət tərəfindən müəyyən edilmiş minimum əmək haqqını bir qədər üstələyir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1049 Tarix: 01 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabr