Köhnə foto və videoların saxlanması üçün ödəniş tələb olunacaq

Köhnə foto və videoların saxlanması üçün ödəniş tələb olunacaqMəşhur mesajlaşma platforması "Snapchat" istifadəçilərin köhnə foto və videolarını saxlamaq üçün ödənişli sistemə keçəcəyini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qərar illər ərzində böyük arxiv formalaşdıran istifadəçilər arasında narazılıq yaradıb. 2016-cı ildən tətbiqdə mövcud olan "Memories" funksiyası istifadəçilərə əvvəl paylaşdıqları məzmunları saxlamağa imkan verirdi. Lakin yeni qaydalara əsasən, 5 GB-dan artıq yaddaş istifadə edən şəxslər arxivlərini qorumaq üçün ödəniş etməli olacaqlar.

"Snapchat" bildirir ki, istifadəçilərə ilkin olaraq 100 GB-lıq yaddaş planı təklif olunacaq. Daha yüksək həcmli yaddaş imkanları isə "Snapchat+" və "Snapchat Premium" abunəçilərinə ödənişli şəkildə təqdim ediləcək.

Şirkət dəyişikliklərin qiymətinə dair məlumat açıqlamasa da, bu sistemin qlobal miqyasda mərhələli şəkildə tətbiq olunacağını qeyd edib.

Qeyd edək ki, son on ildə istifadəçilər tərəfindən 1 trilyondan çox "xatirə" saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 498   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektrik enerjisini su kimi "içir" - Onu "rozetka"dan ayırmadan evdən çıxmayın

Televizorlar evlərdə ən çox istifadə olunan elektron cihazlardan biridir. Gün ərzində saatlarla işləyən bu cihazların söndürüldükdən sonra tamamilə enerji sərf etmədiyi düşünülsə də, əslində vəziyyət həmişə belə olmur. Xüsusilə pult vasitəsilə söndürülən televizorlar elektrik enerjisi istehlak etməy

4 iyun
.

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. Bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə - perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə

5 iyun
.

Bu bitkiləri yataq otağına qoyun - Rahat yuxu, təmiz hava

Bir çox insan yataq otağını yalnız rahatlıq yaratmaq məqsədilə otaq bitkiləri ilə bəzəyir və onların faydalarından xəbərsiz olur. Evdəki bəzi yaşıl bitkilər yalnız interyeri gözəlləşdirmir, həm də havanı zərərli maddələrdən təmizləyir, rütubət səviyyəsini artırır və tam istirahət üçün əlverişli atmosfe

7 iyun
.

Tez əsəbiləşən insanlar daha vicdanlı olur?

Araşdırmalar göstərir ki, tez əsəbiləşən insanlar hər zaman "hövsələsiz" və ya "aqressiv" olmurlar; bəzi hallarda onlar yüksək emosional həssaslıq və güclü ədalət hissi ilə hərəkət edə bilirlər. Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, asanlıqla qəzəblənən insanla

4 iyun
.

İşsiz qalacaqlar - Bu 10 peşəni süni intellekt əvəz edəcək

Beş aparıcı neyroşəbəkə əsasında aparılan genişmiqyaslı araşdırma qlobal əmək bazarında ciddi dəyişikliklərin qaçılmaz olduğunu göstərib. Süni intellekt mövcud iqtisadi prosesləri təhlil edərək belə nəticəyə gəlib ki, texnologiyalar artıq yalnız köməkçi funksiyalarla kifayətlənmir və rutin işlərə əsaslana

3 iyun
.

Bunlar bəxtsizlik və yoxsulluq gətirir - Qarderobunuzdan çıxarın

Fən-şuy təliminin tərəfdarları hesab edirlər ki, insanın xarici görünüşü onun daxili vəziyyətini əks etdirir. Onların fikrincə, səliqəli və baxımlı geyim özünəinamı artırmağa, müsbət enerji cəlb etməyə və hətta uğur qazanmağa kömək edə bilər. Əksinə, çirkli, köhnəlmiş və ya zədələnmiş geyimlərin mənf

7 iyun
.

Yaddaşı gücləndirən içki

Uzun illərdir həm alimləri, həm də qəhvə həvəskarlarını düşündürən bir sual var: qəhvə həqiqətən yuxunu pozurmu?. Yeni araşdırma göstərir ki, bu sualın cavabı düşünüldüyündən daha mürəkkəbdir. Ölkə.az xəbər verir ki, alimlər yalnız yuxuya getmə müddətini deyil, həm də kofeinin yuxu başladıqdan sonr

4 iyun
.

Evə od vurub arvadını və qayınanasını öldürdü

Başqırdıstanda kişi arvadını və qayınanasını amansızlıqla öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Tuymazı rayonunda baş verib. 68 yaşlı kişi ilə həyat yoldaşı arasında mübahisə yaranıb. Münaqişə zamanı sərxoş kişi dəhlizdə qadının üzərinə benzin tökərək onu yandırıb. Bu zaman qadın evdə

3 iyun
.

Göz yaşları niyə duzludur? - CAVAB

Mütəxəssislər insan göz yaşlarının niyə duzlu dada malik olduğunu və bəzi hallarda niyə daha qatı görünərək gözlərdə və dəridə qıcıqlanmaya səbəb ola bildiyini izah ediblər. xarici mediaya istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, göz yaşları əsasən sudan ibarət olsa da, onların tərkibind

7 iyun