Bəşər Əsədi Moskvada zəhərləyiblər?
Hazırda Moskvada olan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Suriyanın İnsan Haqları Müşahidə Qrupuna istinadən "Sky News Arabia" yayıb.
Bildirilib ki, B.Əsəd sentyabrın 29-da xəstəxanadan evə buraxılıb və vəziyyəti hazırda stabildir.
Məlumata görə, bu müddət ərzində xəstəxanada onu ziyarət etməyə yalnız qardaşı Maher və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Azzama icazə verilib.
Qrupun mənbəsinin sözlərinə görə, B.Əsədin zəhərlənməsinə dair əməliyyatı həyata keçirən şəxslər bununla Rusiyanı pis vəziyyətdə qoymağa, eləcə də ölkəni onu zərərsizləşdirməkdə ittiham etmək istəyib.
Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.
Qeyd edək ki, B.Əsəd 2000-ci ildən 2024-cü ilə qədər Suriya prezidenti olub. O, ötən ilin dekabrında dövlət başçısı postunu və ölkəni tərk edib, ailəsi ilə birgə Rusiyadan sığınacaq istəyib. Bu ilin yanvar ayında da B.Əsədin Rusiyada zəhərlənməsinə dair mediada iddialar yayılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 717 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın 10 ən yaxşı piyada marşrutu (SİYAHI)
Bəzi yürüşlər tam özünə yetərlilik tələb edir: gecələmək üçün çadır, yol boyunca suyun təmizlənməsi; digərlərində isə hər addımda sığınacaqlar və ya sadə evlər var. Bəzi marşrutlar mənzərələri ilə yadda qalır, digərləri isə son nöqtəyə çatmaq üçün demək olar ki, insanüstü səylər və dözüm tələb etməs
3 fevralEpşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvət
Yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurduğuna görə həbs olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn vəsiyyətnaməsini ölümündən iki gün əvvəl imzalayıbmış. "Qafqazinfo" xəbər verir ki, "1953-cü il Trastı" adlanan sənəd 630 milyon dollarlı
4 fevralAlimlərdən həyəcan təbili - Yeni nəsillər arasında şizofreniyanın sayı ARTIR
Son onilliklərdə doğulan insanlar əvvəlki nəsillərlə müqayisədə psixotik pozğunluqlarla - o cümlədən şizofreniya ilə daha tez-tez və daha gənc yaşda üzləşirlər. xəbər verir ki, bu nəticəyə kanadalı alimlər Ontario əyalətinin 12 milyondan çox sakininin məlumatlarını təhlil edərək gəliblər. Tədqiqatd
4 fevralDünyanın ən dadsız mətbəxi açıqlandı
Ermənistan və Qazaxıstan yeməkləri dünyanın ən dadsız mətbəxləri arasında yer alıb. xəbər verir ki, bu barədə "World Population Review" nəşri məlumat verib. Reytinqdə ümumilikdə 99 ölkə təmsil olunur. Qazaxıstan və Ermənistanın hər biri 3.9 bal toplayaraq, 92-ci və 93-cü yerlərdə qərarlaşıb
1 fevralMoskvada bu şəxslər metrodan istifadə edə bilməyəcək
Rusiyada telefonunu göstərməkdən imtina edən şəxslərin metroya girişinə icazə verilə bilməz. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Moskva və Moskva vilayəti üzrə Hüquq-mühafizə Mərkəzinin rəhbəri vəkil Aleksandr Xaminski məlumat verib. Onun sözlərinə görə, metro təhlükəsizlik işçiləri v
5 fevral