Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...
Dünya siyasətinin gündəmində olan "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı liderləri bir arada görməyimizlə yanaşı, digər maraqlı detallarla da yadda qalıb.
Belə ki, Danimarkanın Baş naziri Mette Frederiksenin dövlət və hökumət başçılarını qarşıladığı məkanda günəbəxan tarlası fonu yer alıb.
Eyni zamanda hər bir tədbir iştirakçısının masasının üzərinə də Danimarkanın dünyaca məşhur şirkəti "Lego Group"a məxsus günəbaxan leqosu qoyulub. Bu, tədbirə ev sahibliyi edən ölkənin qonaqlara simvolik jesti kimi qiymətləndirilə bilər.
Bu məqamda sual ortaya çıxır: niyə məhz günəbaxan? Bu toplantının günəbaxan detalları fonunda keçirilməsi hansı rəmzi mənanı daşıyır?
Əvvəlcə onu qeyd edək ki, toplantının əsasını Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular təşkil edir.
Əsas mövzulardan birinin Rusiya-Ukrayna olduğuna nəzər yetirsək, Aİ Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən Ukraynaya dəstəyini açıq şəkildə ifadə edir. Belə olduğu zaman görürük ki, tədbirdə günəbaxan simvollarının yer alması heç də təsadüfü deyil...
Günəbaxan Ukraynanın əsas simvollarından biridir. O, ölkənin milli gülü, dünyanın sülh və dözümlülük simvoludur. Bu güllər hələ XIX əsrdə Şimali Amerikadan Ukraynaya gətirilib və Ukrayna iqtisadiyyatının dayağı hesab olunur.
Günəbaxanlar Ukrayna xalqı üçün həm də ümid və yenilənmə rəmzidir. Tarixə nəzər salsaq, köklərin Çernobıl faciəsinə gedib çıxdığını daha yaxşı görərik. 1994-cü ildə bir qrup amerikalı tədqiqatçı təcrid zonasına gəlib və həmin ərazidə eksperiment aparıblar. Onlar müəyyən bir əraziyə günəbəxan toxumları əkiblər və həmin sahədə möcüzəvi bir şey aşkar ediblər. Həmin güllər torpaqdan radioaktiv maddələrin 95%-ni çıxara bilib. Daha sonra 1996-cı ildə Ukrayna, Rusiya və ABŞ müdafiə nazirləri nüvə silahlarının ləğvi və sülh naminə Pervomaysk raket bazasında birlikdə günəbaxanlar əkiblər.
Elə həmin gündən bu günə kimi sözügedən gül ukraynalılara həmrəylik göstərilməsinin əsas üsullarından birinə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra da bunun şahidi oluruq...
Hətta müharibə başlayandan sonra Ukraynanın Henyçesk şəhərində bir qadın rus əsgərlərə günəbaxan toxumları verərək deyib: "Bu toxumları cibinizə qoyun ki, öldüyünüz yerdə günəbaxanlar çıxsın".
Bundan başqa, müharibə başlayandan sonra ABŞ-nin keçmiş Prezidenti Co Baydenin xanımı Cil Bayden Ukraynaya dəstək məqsədilə günəbaxan detalı ilə bəzənmiş don geyinib və maska taxıb.
Hətta Londonda Ukraynanı dəstəkləyən bir qrup şəxs Britaniyadakı Rusiya Səfirliyinin qarşısına müharibə başlayan gündən günəbaxan çiçəkləri düzürlər.
Ukrayna hər dəfə xalqın sınandığı faciələrlə üzləşsə də, günəbaxanların sülh simvolu kimi mənası nəinki həmin ölkədə, hətta dünyada belə dəyişməyib.

Qafqazinfo
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3092 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabr