Dənizə çıxışı olmayan ölkənin heyranedici çimərlikləri

Dənizə çıxışı olmayan ölkənin heyranedici çimərlikləriŞərqi Afrikada yerləşən, dənizə çıxışı olmayan Malavi ölkəsində heyranedici çimərliklər var.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, burada yerləşən nəhəng Malavi gölü o qədər böyükdür ki, onun qumlu sahilləri insana sanki dənizə baxırmış kimi təəssürat yaradır.

Malavi Afrika standartlarına görə nisbətən kiçik bir ölkədir. Şimalda Tanzaniya, şərq və cənubda Mozambik, qərbdə isə Zambiya ilə sərhədlənir. Baxmayaraq ki, ölkə tamamilə quru sərhədlərlə əhatə olunub, burada həqiqətən də gözəl olan bir neçə möhtəşəm çimərlik var. Gölün sahilləri boyunca heyranedici mənzərələr, füsunkar şəlalələr və təsirli milli parklar mövcuddur.

Çimərliklər və kurortlar
Malavidə olmuş insanlar ölkənin çimərliklərini yüksək qiymətləndirirlər. Gölün ən yaxşı sahil hissələrinin ətrafında turistlər üçün bütün gözəllikləri ilə gölü kəşf etməyə imkan yaradan kurort şəhərcikləri yerləşir.

Belə yerlərdən biri Kande çimərliyidir. O, şəffaf mavi suları və ağ qumlu sahili ilə məşhurdur. Burada otel, bar, sup board (sörf taxtası) və digər imkanlar var. Rəylərdə isə mehriban personal xüsusi vurğulanır.

Makuzi Beach Lodge da turistlərdən yüksək qiymət alıb. Qonaqlar burada həm yeməyi, həm də rahat qalmaq üçün təklif olunan çadırları tərifləyiblər.

Malavidə ziyarət edilməli ən yaxşı çimərlik Nkata körfəzidir. Burada "sakit" kurort kəndi yerləşir. Bundan başqa, Maklir burnu, Likoma adası, Chizumulu adası və Mambo adası da var.

Əlavə imkanlar
Birinci dərəcəli çimərliklərlə yanaşı, Malavi turistlərə çoxsaylı əyləncə imkanları da təqdim edir. Ölkə Afrikanın ən az dəyərləndirilən məkanlarından biri sayılır və burada əlçatan safari turlar mövcuddur.

Turistlər həmçinin Mulanje dağı, Lilongwe vəhşi təbiət mərkəzi, Majete qoruğu, Zomba yaylası, Kumbali mədəniyyət kəndi və Kuti qoruğunu da ziyarət edə bilərlər.

Təhlükəsizlik tövsiyələri
Ölkənin Xarici İşlər Nazirliyi Malaviyə səyahət etmək istəyən turistlərə bəzi tövsiyələr verir. Nazirlik xəbərdarlıq edir: "Malavidə vaxtaşırı insan oğurluqları barədə məlumatlar daxil olur. Bu oğurluqlar əsasən cinayət məqsədi ilə edilir. Bəzi hallarda oğurlanan şəxslər Böyük Britaniya vətəndaşları olub. Bu səbəbdən də qaçıranlar xariciləri də hədəf seçə bilərlər. İş adamları və varlı insanlar belə halların qurbanı olmaq riski daha yüksəkdir".

Malavidə həmçinin soyğun və oğurluq halları da mövcuddur. Buna görə də turistlərə qiymətli əşyaları və nağd pulları otel seyflərində saxlamaq və sakit, qaranlıq küçələrdə gəzməkdən çəkinmək tövsiyə olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3150   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr