Tramp HƏMAS-ı "cəhənnəm"lə hədələyib

Tramp HƏMAS-ı "cəhənnəm"lə hədələyibABŞ Prezidenti Donald Tramp İsraillə Qəzza ilə bağlı razılaşmanın bazar gününə qədər əldə edilməyəcəyi təqdirdə HƏMAS-ı "görünməmiş cəhənnəm"lə hədələyib.

"Report" xəbər verir ki. ABŞ lideri bu barədə "Truth Social" hesabında yazıb.

"HƏMAS-la saziş bazar gününə, Vaşinqton vaxtı ilə saat altıya qədər əldə olunmalıdır. Bütün ölkələr razılaşıb! Bu, son şansdır və əgər HƏMAS ondan istifadə etməsə, onlar üçün heç kimin heç vaxt görmədiyi cəhənnəm başlayacaq", - D.Tramp yazıb.

D.Tramp vurğulayıb ki, onun təklif etdiyi plan Yaxın Şərqə sülh gətirəcək.

"HƏMAS uzun illərdir Yaxın Şərqdə amansız və qəddar bir təhlükədir! Onlar öldürürlər (və həyatı dözülməz dərəcədə əzablı edirlər), bunun kulminasiyası 7 oktyabrda İsraildəki qətliam oldu", - o yazıb və qeyd edib ki, qisas olaraq 25 mindən çox HƏMAS döyüşçüsü öldürülüb.

"Qalanların bir çoxu mühasirəyə alınıb, sadəcə həyatlarının tezliklə sona çatması üçün mənim "irəli" əmrimi gözləyirlər. Biz sizin harada olduğunuzu və kimliyinizi bilirik, siz təqib ediləcək və öldürüləcəksiniz. Mən bütün günahsız fələstinlilərdən xahiş edirəm ki, dərhal bu ərazini (Qəzza şəhərini) tərk etsinlər və Qəzzanın daha təhlükəsiz bölgələrinə getsinlər", - o əlavə edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Yaxın Şərqin böyük, güclü və ən zəngin ölkələri ABŞ və İsraillə Yaxın Şərqdə "3 min ildir mövcud olmayan" sülh barədə razılığa gəliblər.

"Bu razılaşma həmçinin sağ qalan bütün HƏMAS döyüşçülərinin həyatını xilas edəcək! Sənədin təfərrüatları bütün dünyaya məlumdur və bu, hamı üçün böyük razılaşmadır! Bu və ya digər halda Yaxın Şərqdə sülh olacaq. Zorakılıq və qan tökülməsi dayanacaq. Dərhal bütün girovları azad edin və həlak olanların meyitlərini qaytarın!", - D.Tramp deyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 773   Tarix: 05 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib

Yəmənin hökumət qüvvələri bu gün Qırmızı dənizdəki Moxa liman şəhərində husilərə zərbələr endirib. "Report" "Al-Arabia"ya istinadən xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb. Məlumata görə, Silahlı Qüvvələr texnika və silahları məhv edib, həmçinin husi qruplaşmasını

12 sentyabr
.

Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi

"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək"​. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış

10 sentyabr
.

İsrail-Livan Hizbullahın tərksilah edilməsi ilə bağlı danışıqları təxirə saldı

ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında aparılan danışıqların növbəti mərhələsi sentyabr ayından oktyabr ayına keçirilib. xəbər verir ki, görüşün gələn həftə Romada keçirilməsi planlaşdırılsa da, təxirə salınıb. Bunun əvəzinə, İsrail və Livan səfirləri ABŞ Dövlət Departamentində Hizbullahı

12 sentyabr
.

İranın İordaniyaya zərbələrində ABŞ Hərbi Hava Qüvvələrinin bir neçə qırıcı təyyarəsi zədələnib

İran dünən İordaniyadakı Muaffak Salt hava bazasına raket zərbələri nəticəsində bir neçə Amerika hərbi təyyarəsi zədələnib. xəbər verir ki, bu barədə CBS News vəziyyətlə tanış mənbələrə istinadən bildirib. Onlar bildiriblər ki, aviabazadakı təxminən səkkiz F-15 qırıcısı kiçik zədə alıb və yenidən xidmət

10 sentyabr
.

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsib

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri dayandırıb. Bu barədə "Report" Əlcəzairin rəsmi dövlət xəbər agentliyinə istinadən məlumat yayıb. Ölkə hökuməti bu addımın ikitərəfli əlaqələri qoruyub saxlamaq üçün bütün imkanlar tükəndikdən sonra atıldığını bildirib. Qərarı

10 sentyabr
.

Fransada benzinin qiyməti rekord həddə çatıb

Fransada ən populyar benzin olan "SP95-E10"un orta qiyməti litri üçün 2,12 avroya çatıb. Bu barədə "Franceinfo" radiosuna istinadən xəbər verir. Qeyd edilib ki, bu da ABŞ-İsrail-İran müharibəsinin başlanğıcından bəri rekord səviyyədir. Fransa yanacaqdoldurma məntəqələrində dizel yanacağını

9 sentyabr
.

Ermənistanla bütün sahələrdə münasibətləri dərinləşdirmək lazımdır - Əraqçi

İran və Ermənistan arasındakı münasibətlər mehriban qonşuluq siyasəti çərçivəsində böyük əhəmiyyət kəsb edir. xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qafan şəhərinə yeni təyin olunmuş baş konsul Davud Yayci ilə görüşündə bildirib. O, tərəflərin maraq dairəsində olan bütün sahələrd

11 sentyabr
.

İsrailin müdafiə naziri İranı üçüncü zərbə ilə hədələdi

İsrailin müdafiə naziri İsrael Katz bazar günü Baş nazir Binyamin Netanyahu ilə birlikdə Suriya tərəfindəki Hermon dağında İsrail əsgərlərini ziyarət edərkən İsrail qoşunlarının Suriyanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcəyini bildirib. xəbər verir ki, bu barədə "France-Presse"

10 sentyabr
.

Ukrayna dronları Dağıstan dəniz limanına zərbə endirib

Dağıstan Respublikanın icraçı rəhbəri Fyodor Şukinin sözlərinə görə, Ukrayna dronları Dağıstanın paytaxtı Mahaçqalaya hücum edib. Dronlardan düşən qırıntılar nəticəsində dəniz limanında və Həmzət Tsadasa Avar Musiqi və Dram Teatrında yanğınlar baş verib. xəbər verir ki, Şukin özünün Telegram kanalınd

10 sentyabr