Everest dağında güclü qar fırtınası – minə yaxın şəxs kamplarda köməksiz qaldı - VİDEO
Çinin Tibet Muxtar Bölgəsində yerləşən Everest dağının şərq yamacında baş verən şiddətli qar fırtınası nəticəsində təxminən 1000 nəfər dağ kamplarında köməksiz qalıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yerinə göndərilən xilasedicilərin donmuş cəsədlərin arasından keçərək irəlilədiyi görüntülər sosial mediada geniş rezonans doğurub.
Çin mətbuatının məlumatına görə, yerli hakimiyyət orqanları minlərlə metr yüksəklikdə yerləşən kamplara gedən yolları bağlayan böyük qar kütlələrinin təmizlənməsi üçün əməliyyata başlayıblar. Bildirilib ki, bölgədə yüzlərlə kənd sakini və xilasedici qüvvələr səfərbər olunub.
Bəzi turistlərin xilas edildiyi qeyd olunub. Lakin "Blue Sky Rescue" adlı Çin xilasetmə komandasına, qarın çoxluğundan çadırların çökdüyü, bəzi dağçıların isə hipotermiya keçirdiyi barədə yardım siqnalları daxil olub.
Sosial mediada yayılan videolarda xilasedicilərin qarla örtülmüş dağda donmuş cəsədlərin yanından keçərək hərəkət etdiyi əks olunub.
Qeyd edək ki, Çində son günlər Matmo Tayfunu səbəbindən ölkənin cənub və cənub-qərb bölgələrində güclü yağışlar, sel və digər təbii fəlakətlər gözlənildiyindən fövqəladə vəziyyət elan edilib. Eyni zamanda, qonşu Nepalda leysan yağışlar, torpaq sürüşməsi və ildırım nəticəsində ölənlərin sayı 39-a çatıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 828 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr