Gürcüstanda prezident sarayına basqında şübhəli bilinən beş nəfər həbs olundu
Gürcüstanda Tbilisi Şəhər Məhkəməsi oktyabrın 4-də ölkə paytaxtında prezident sarayına basqın etməkdə şübhəli bilinən 5 nəfər barəsində həbs qətimkan tədbiri qərarı verib.
Oxu.Az bu barədə "İnterpressnews" nəşrinə istinadən məlumat verir ki, ittiham üzrə opera müğənnisi Paata Burçuladze, Gürcüstanın keçmiş baş prokuroru Murtaz Zodelava, həmçinin müxalifətçilər İrakli Nadiradze, Paata Mandjqaladze və Laşa Beridze həbs ediliblər.
Prokuror Vaja Todua bildirib ki, istintaq dövründə həbs qətimkan tədbiri müttəhimlərin qaçmaq ehtimalı, yeni cinayətlər törətmə ehtimalı və ya dəlilləri məhv edə biləcəyi ilə bağlı narahatlıqlara görə zəruridir.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə prokurorun vəsatəti ilə razılaşmayıblar və işin siyasi motivli olduğunu bəyan ediblər. Onlar həmçinin müvəkkillərinin həbs qətimkan tədbiri olmadan azadlığa buraxılmasını tələb ediblər. Beş müttəhimdən heç biri özünü təqsirli bilməyib.
Sonda məhkəmə prokurorun vəsatətini təmin edərək, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçib.
Bu şəxslər qrup şəklində zorakılığı təşkil etməkdə və iştirakçılıqda, strateji və ya xüsusi obyektləri ələ keçirməyə və ya blokadaya almağa, konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə cəhdlərdə və hökumətin devrilməsinə çağırışda ittiham olunurlar. Onları təqsirləndirildikləri maddələr üzrə 9 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 676 Tarix: 07 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyası istəsə belə, Ağ Evdə tikilən bal zalını sökə bilməyəcək. "Report"un "New York Magazine"ə istinadən verdiyi məlumata görə, Tramp tikinti zamanı "ən möhkəm poladdan" və atom elektrik stansiyalarında istifadə oluna
6 sentyabrFT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu
6 sentyabrHəkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...
30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd
6 sentyabrTürkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi i
6 sentyabrYaponiyada şirniyyat mağazasında faciə: Üç nəfər həlak oldu
Yaponiyanın Qifu prefekturasının Motosu şəhərindəki şirniyyat mağazasında bıçaqlanma və yanğın hadisəsi baş verib. Nəticədə azı üç nəfər həlak olub. bu barədə "Jiji" agentliyinə istinadən xəbər verir. Polisin məlumatına görə, insident zamanı mağazada 11 nəfər olub. Həmin vaxt obyekt ziyarətçilə
6 sentyabrUruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniya bölgəsind
6 sentyabr